Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:22

Rusiya Soros fondunu qadağan etdi


George Soros Bişkəkdə
George Soros Bişkəkdə

Rusiya ABŞ milyarderi George Soros-un ölkədə fəaliyyət göstərən iki fondunu qadağan edib.

--

Rusiya ABŞ milyarderi George Soros-un ölkədə fəaliyyət göstərən iki fondunu qadağan edib.

Soros-dan vəsait alan bu təşkilatlar Rusiya Federasiyasına milli təhlükə elan edilib və “arzuolunmaz şəxslər” siyahısına salınıb.

Rusiyanı qıcıqlandıran Sorosun Ukrayna ilə əlaqəliridir
Rusiyanı qıcıqlandıran Sorosun Ukrayna ilə əlaqəliridir

Beləliklə, Moskva ABŞ xeyriyyəçisi və maliyyəçisi George Soros-u Rusiyanın müəllimlərinə qrantlar verməkdən məhrum edib.

Açıq Cəmiyyət (The Open Society Foundation) və Açıq Cəmiyyət İnstitutunun Yardım (The Open Society Institute’s Assistance Foundation) fondları insan haqları və vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verirdi.

Bu fondların tərəfdarları bildirirlər ki, fondların milli təhlükəsizliyə hədə təşkil etməsi barədə ittihamlar əsassızdır və hökumətin insan haqları və azadlıqlar üzərinə hücumlarının davamıdır.

Ötən may ayında 12 təşkilatı “arzuolunmazlar” siyahısına aid edən qanun parlamentdən keçərkən, bəzi millət vəkilləri demişdilər ki, bu təşkilatlar “hər imkan düşəndə Moskvanı tənqid edir və Rusiyadakı vəziyyətə nəzarəti öz əllərinə almaq istəyirlər”.

“Rəngli inqilablar kuklaçısı”

Soros Rusiya hökuməti tərəfindən bir xeyli vaxtdır ki, tənqid edilir və keçmiş sovet respublikalarında “rəngli inqilabların” arxasında dayanan kuklaçı adlandırılırdı.

Soros fondundan maliyyə dəstəyi alan qruplar bu ittihamları rədd edir.

Roginski deyib ki, təəssüf, indi belə bir zəmanədə yaşayırıq

Rusiyanın tarixi irsinin qorunması sahəsində işlər görən “Memorial” təşkilatının rəhbəri Arseni Roginski hökumətin bu addımını pisləyib və bildirib ki, Soros uzun illərdən bəri Ruisyanın tarixi yaddaşının qorunması layihələrinə vəsaitlər verib.

Roginski deyib ki, “təəssüf, indi belə bir zəmanədə yaşayırıq”.

Əslində adı çəkilən iki fond Rusiyada fəaliyyələtini 2003-cü ildə dayandırıb, lakin bir sıra vətəndaş cəmiyyəti qruplarının maliyyələşdirilməsi davam edirdi. Beləliklə, hazırda söhbət Rusiyada hökumətə opponentlik edən QHT və qrupların maliyyə kanalının bağlanmasından gedir.

Human Rights Watch təşkilatından Tanya Lokşina deyib ki, “hakimiyyət xarici maliyyələşdirməni qadağan etməsə də, bir sıra spesifik donorların proqramlarını dayandırmaqla hiyləyə əl atıb”.

Xarici agent

Əsasən ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya İnstititu iyul ayında Rusiyada “qara siyahıya” salınan ilk xarici təşkilat olmuşdu.

Rusların mentalitetində mənfi məna daşıyan “xarici agent” söz birləşməsinin qanunvericiliyə daxil edilməsi məqsədli şəkildə edilib

Onun ardınca MacArthur Fondu, necə deyərlər, “qara siyahı”nın namizədi elan ediləndə Rusiyadakı fəaliyyətini könüllü şəkildə dayandırmışdı. Bu təşkilat 1992-ci ildən bəri Rusiyadakı subyektlərə 172 milyon dollar qrant vermişdi.

Açıq Cəmiyyət İnstitutu isə bildirmişdi ki, Rusiyadan tamamilə çıxmaq üçün Moskvanın rəsmi qərarını gözləyəcək. İndi bu qərar verilib.

Rusiyada ayrıca qəbul olunmuş qanuna görə, xaricdən maliyyə alan bütün təşkilatlar yenidən “xarici agent” kimi qeydiyyatdan keçməlidirlər.

Qərb mətbuatı yazır ki, rusların mentalitetində mənfi məna daşıyan “xarici agent” söz birləşməsinin qanunvericiliyə daxil edilməsi məqsədli şəkildə edilib.

XS
SM
MD
LG