Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:04

Hərbçilərə nahara - tarakan...


Donmuş gəmi. Şmidt burnu
Donmuş gəmi. Şmidt burnu

►Rusiyanın Müdafiə Nazirliyi Arktikada at oynatdığını göstərmək istəyir. Hərbi inşaatçılarsa korrupsiya və pis havanın əsirinə çevriliblər.

Azadlıq Radiosunun rus xidməti daha əvvəl də Şmidt Burnu adlanan qəsəbədə hərbi işçilərin düşdüyü acınacaqlı vəziyyət barədə, onların əməkhaqlarının ləngilidilməsi, yanacaq çatışmazlığı, miskin qida rasionu, tibbi yardımın olmaması, habelə müqavilələrin bitməsindən iki aya qədər vaxt keçməsinə baxmayaraq ərazini tərk edərək Böyük torpağa, ailələrin yanına qayıtmalarının qeyri-mümkünlüyü barədə yazmışdı.

Bu günə qədər 60 fəhlənin təxminən yarısı ərazini tərk edə bilib.

Noyabrın 11-12-də nəhayət ki, bir helikopter və bir maşın göndərilib. Amma bu da hamını ərazidən çıxarıb “böyük torpağa” aparmaq üçün kifayət etməyib. İnsanlar yaxın günlərdə ailələrinin yanına qayıtmağa ümid edirlər.

Oxşar vəziyyət Vrangel adasında da qeydə alınıb.

Buna da bax: Bu kənddə məktəbə qaloşla gedirlər

Müəlliflər bildirirlər ki, Müdafiə Nazirliyinin Arktikada tikdirdiyi başqa hərbi obyektlərdə də buna bənzər kədərli və qorxulu vəziyyət yaranıb.

Arktik zonada hərbi infrastrukturun yaradılmasına 2014-cü ilin yayında başlanılıb. Keçən il dekabrın 1-də Arktikada Şimal donanmasının bazasında yeni hərbi dairə, “Sever” Birləşmiş strateji komandanlığı yaradılıb. Arktik zonada yaradılmış hərbi infrastrukturun obyektlərini Novaya Zemlya, Novosibirsk adalarında, Frans-İosif Torpağında və Vrangel adasında tikirlər. Obyektlərin çoxunda subpodradçı təşkilatlar, o cümlədən RusAlyansStroy” adlı şirkət işləyir.

Dəniz tarakanı
Dəniz tarakanı

Müəyyən edilib ki, dövlət bu şirkətə avans kimi 3,2 milyard rubl (48 milyon dollardan çox) ödəsə də, iş dayanıb, Şmidt Burnunda çalışan hərbi işçilərsə yoxsul və təcrid olunmuş vəziyyətdə qalıblar.

Bu adada yerləşən hərbi hissələrin birindən daxil olmuş məlumatda deyilir ki, hərbçilərin yeməyi “kiflənmiş balıqdan, həmçinin içindən naməlum böcəklər də çıxan düyü və kilkədən” ibarətdir.

Üstəlik işçilərin vəkilinə bildirilib ki, Müdafiə Nazirliyi mülki əhalinin hərbi təyyarə və helikopterlərlə daşınmasını qadağan edən qərar qəbul edib.

Vəkil deyir ki, “RusAlyansStroy” Şmidt Burnu qəsəbəsində qalan işçilərə ultimatum verib: “ya onlardan hər biri videomüraciət göndərərək hər şeyin qaydasında olduğunu, şirkətə qarşı heç bir iddialarının olmadığını, əməkhaqlarını tam və vaxtında aldıqlarını deyəcəklər, ya da onları ümumiyyətlə Böyük Torpağa gətirməyəcəklər və maaşlarını da ödəməyəcəklər”.

Müdafiə Nazirliyindən milyardlarla rubl məbləğində ödəniş alan bu təşkilatla bağlı problemlərin çoxdan yarandığı bildirilir.

Buna da bax: S.Rüstəmxanlı: "Azərbaycan İrana nota verə bilərdi"

Şirkətin sözçüsü Nataliya Zvyagina Azadlıq Radiosuna deyib ki, şirkətin rəhbərliyi zərər çəkmiş işçilərin taleyinə biganə deyil.

“İşçilərin ərazidən çıxarılması üçün rəhbərliyin şəxsi hesabından çarter təyyarəsinin pulu ödənilib.”

Sözçü baş verənlərdə “Spetsstroy Rossii” adlı dövlət qurumunun rəhbərliyini günahlandırıb. O deyib ki, qurumun yei təyin olunmuş rəis əvəzinin özbaşınalığı nəticəsində şirkət öz işini görə bilmir.

Belə məlum olur ki, üç qurum: “Spetsstroy Rossii”, “RusAlyansStroy” və Müdafiə Nazirliyi arasında deyişmə nəticəsində obyektlərdə işin cəmi üçdə biri görülsə də, tikinti dayandırılıb, bəzi tikinti işlərinə isə ümumiyyətlə başlanmayıb.

Bütün deyişmələrdən və yazışmalardan sonra alınmış milyardların və işçilərin əməkhaqlarının hara yoxa çıxdığı hələ də müəmma olaraq qalır.

Eyni zamanda Novosibirsk adalarından biri olan Kotelnıy adasında da işçilərin acınacaqlı vəziyyətə düşdüyü bildirilir. Bu adada yerləşən hərbi hissələrin birindən daxil olmuş məlumatda deyilir ki, hərbçilərin yeməyi “kiflənmiş balıqdan, həmçinin içindən naməlum böcəklər də çıxan düyü və kilkədən” ibarətdir.

Jurnalistlər bu böcəklərin nəmqurdu, yaxud Şimal Buzlu okeanında və Sakit okeanın şimalında yaşayan dəniz tarakanı olduğunu düşünürlər.

İşçilər aylarla maaşlarını almadıqlarından şikayət edirlər. Bir hərbi qulluqçu isə ümumiyyətlə keçən ilin oktyabrından bəri bir dəfə də olsun maaşını tam məbləğdə almadığını bildirib.

Bu ilin iyulunda bir neçə ay əməkhaqqı almamış işçilərin tətili nəticəsində Frans-İosif Torpağı arxipelaqındakı Aleksandra Torpağında hərbi infrastrukturun tikilməsi dayandırılmışdı.

Buna da bax: "Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər"

Kotelnıy adasında oktyabrın 28-də elan edilmiş tətilsə bu gün də davam edir. Onların avqust üçün olan əməkhaqqını yalnız üç gün əvvəl aldıqları bildirirlir. İşçilərin həyat yoldaşları bildiriblər ki, həm iyul, həm də avqust üçün olan maaşların tam məbləği ödənilməyib.

Rusiya Prezidentinin Arktika və Antarktikada beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Artur Çilinqarovun Kotelnıy adasındakı hərbi obyektlərin tikintisi ilə məşğul olan subpodratçı şirkətin direktorlar şurasının üzvü olduğu bildirilir.

Oktyabrın 31-də Aleksandra Torpağı adasına Müdafiə nazirinin müavini Dmitriy Bulqakov gəlsə də, adada işləyənlərin heç biri onun konkret olaraq nəyi yoxladığı barədə bir şey deyə bilməyib.

XS
SM
MD
LG