Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:06
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Linda Tomas-Qrinfild: Biz onun hərəkətlərini ən güclü şəkildə dayandırmağa davam etməliyik

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild CBS telekanalına müsahibəsində bildirib ki, Vladimir Putinin Rusiya çəkindirmə qüvvələrini, o cümlədən nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salmaq əmri qəbuledilməz eskalasiya təşkil edir.

“Bu o deməkdir ki, Putin bu müharibəni tamamilə qəbuledilməz bir ruhda gücləndirməkdə davam edir və biz onun hərəkətlərini ən güclü şəkildə dayandırmağa davam etməliyik”, o vurğulayıb.

Xarkov küçələrində vurulan hərbi texnikalar

Fevralın 27-də Ukraynanın Xarkov şəhərində küçə döyüşləri barədə məlumatlarda Rusiya ordusuna məxsus texnikasının və hərbçilərinin Xarkov ərazisinə səhər müdaxiləsinin dayandırıldığı bildirilib.Bununla bağlı videolar yayılıb.

Dünyanın ən böyük nəqliyyat təyyarəsi olan "Mriya" Kiyev yaxınlığındakı Antonov hava limanında vurulub

Dünyanın ən böyük nəqliyyat təyyarəsi olan "Mriya" Kiyev yaxınlığındakı Antonov hava limanında zədələnib. Bu barədə özünün tvitter səhifəsində Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba yazıb.

"Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” idi. Rusiya bizim “Mriya”mızı məhv etmiş ola bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!

Qostomel sakinlərinin sosial şəbəkələrdə yazdlqlarına görə, "Mriya" aerodromda mühərrikləri çıxarılaraq dayanıb və bu səbəbdən digər təyyarələrdən fərqli olaraq onu başqa yerə aparmaq mümkün mümkün olmayıb. Təyyarənin məhv edilməsini “Ukroboroneksport” təsdiqləyib.

Zelenski ilkin şərt olmadan Rusiya ilə danışıqlara razılıq verib

Ukrayna prezidentinin ofisi Vladimir Zelenski ilə Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Siyasətçilər Ukrayna nümayəndə heyətinin Pripyat çayı yaxınlığında Ukrayna-Belarus sərhəddində ilkin şərt olmadan Rusiya nümayəndə heyəti ilə görüşəcəyinə razılaşıblar.

Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin keçidi, danışıqları və geri qaytarılması zamanı Belarus ərazisində yerləşdirilən bütün təyyarələr, helikopterlər və raketlərin yerdə qalacağını öhdəsinə götürüb.

Davamı

XS
SM
MD
LG