Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:14
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Zelenski Putinə danışıqlar təklif edib. Kreml Minskə nümayəndə göndərməyə hazırdır

"Ukrayna prezidenti Zelenski bu gün Ukraynanın neytral statusunun müzakirəsinə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putin ilkin olaraq deyirdi ki, əməliyyatın məqsədi DXR və DXR-ə yardım, Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Məhz bu, neytrallıq statusunun ayrılmaz komponentidir". Ətraflı

Avropa Şurası Rusiyanı təmsilçilik hüququndan məhrum edir

Avropa Şurasının Nazirlər Kabineti Rusiya Federasiyasını bu qurumda və Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum edib.

Dərhal qüvvəyə minən bu qərarda deyilir ki, bu addım Rusiyanın Ukraynaya hərbi hücumuna görə atılıb.

Fevralın 25-də qəbul olunmuş bu qərar o deməkdir ki, Rusiya Federasiyası Avropa Şurasının üzvü və Avropa Şurasının, insan haqları da daxil müvafiq konvensiyalarının tərəfi olaraq qalır.

Bu da əlavə edilir ki, Rusiya Federasiyasının Avropa İnsan Haqları Məhkəməsindəki hakimi də məhkəmənin üzvü olaraq qalır və Rusiyaya dair daxil olan ərizələrə baxılması və onlar barədə qərarlar çıxarılması davam etdirilir.

Bu da deyilir ki, söhbət son qərardan yox, müvəqqəti tədbirdən gedir və kommunikasiya xətləri açıq saxlanır.

NATO Çevik Cavab Qüvvəsini hazırlıq vəziyyətinə gətirir

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, ABŞ prezidenti Co Bayden və onun alyans üzrə müttəfiqləri təşkilatın Çevik Cavab Qüvvəsini Rusiyanın Ukraynaya hücumu ilə bağlı ilk dəfə olaraq hərəkətə gətirmək barədə razılaşma əldə ediblər.

Stoltenberq bildirib ki, bundan məqsəd alyansın şərq cinahındakı müttəfiqlərin mümkün hücumdan müdafiə edilməsidir.

NATO dövlət başçılarının fevralın 25-də videobağlantı ilə keçirdikləri sammitdən sonra danışan Stoltenberq bu qüvvənin sayı barədə dəqiq rəqəm səsləndirməsə də, deyib ki, Çevik Cavab Qüvvəsinə quru, hava və dəniz elementləri daxildir.

Bu qüvvə ümumilikdə 40 min əsgərdən ibarətdir, lakin alyansın rəhbəri bildirib ki, bu potensialın heç də hamısından söhbət getmir.

NATO-nun Çevik Cavab Qüvvəsinin bəzi bölümləri Birgə Yüksək Hazırlıq Qüvvəsi adı ilə tanınır.

Dünyanın ən böyük hərbi alyansı olan NATO bundan əvvəl Baltik ölkələri – Estoniya, Latviya və Litva, habelə Polşada 5 min əsgər yerləşdirib. Son üç ayda bu bölgənin müdafiəsi qat-qat gücləndirib.

Fevralın 25-də keçirilən sammitin yekun bəyanatında Rusiyadan “bu mənasız müharibəyə son qoyması, hücumu dərhal dayandırması, bütün qüvvələrini Ukrayna ərazisindən çıxarması, təcavüz yolundan dönüb dialoq yoluna qayıtması” tələb olunub.

Stoltenberq deyib ki, “Kremlin son məqsədi Ukrayna ilə məhdudlaşdmır”.

O deyib ki, Rusiya açıq şəkildə Avropada təhlükəsizliyə meydan oxuyur.

Alyansın rəhbəri əmin edib ki, dünya Rusiya və Belarusdan haqq-hesab tələb edəcək.

O əlavə edib ki, “Rusiya təcavüzkar, Belarus onun köməkçisidir”.

Davamı

XS
SM
MD
LG