Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:32
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Ukrayna Rusiya ilə danışıqlardan imtina edib, səbəb...

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Aretoviç Strana.ua-ya bildirib ki, Rusiyanın tələbləri qəbuledilməz olduğundan və təslim olmağa məcbur etmək cəhdi olduğundan, Ukrayna Rusiya ilə danışıqlardan imtina edib.

"Biz onlara siqnal verdik ki, mümkün sülh müqaviləsinin şərtləri Moskvanın deyil, Kiyevin şərtləri ilə mümkündür", - Aleksey Arestoviç Strana-ya deyib.

Daha əvvəl Putinin mətbuat katibi Peskov bildirmişdi ki, guya Putin gözlənilən danışıqlarla əlaqədar fevralın 25-də günortadan sonra Ukraynada qoşunların irəliləyişinin dayandırılması barədə göstəriş verib. " Amma "irəliləmənin dayandırılması" sözləri gecə baş verənlərə uyğun gəlmir. Beləki gecə Rusiya hərbçiləri Kiyevə və digər şəhərlərə hücum edib.

Zelenski müharibə əleyhibə çıxan Rusiya vətəndaşlarına minnətdarlıq edib

"İstəyirəm ki, Rusiyada məni eşitsinlər. Tamamilə hər şey. Minlərlə qurbanlar, yüzlərlə əsir. Onlar nəyin müqabilində Ukraynaya göndərildiyini bilmir. Ölmək və öldürmək üçünmü. Hökumətinizə nə qədər tez müharibəni dayandırmağı desəsiniz sizin adamların bir o qədər çox sağ qalacaq” -Zelenski bildirib.

Ukrayna ultimatumsuz Rusiya ilə danışıqlara hazır olduğunu deyir

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak BBC-nin Ukrayna xidmətinə deyib ki, Kiyev qəbuledilməz şərtlər və ultimatumlar olmadan Rusiya ilə danışıqlara hazırdır.

Almaniya Ukraynaya silah göndərməyə qərar verdi

Almaniyada Ukraynanı müdafiə aksiyası
Almaniyada Ukraynanı müdafiə aksiyası

Ukraynanı son ana qədər silahla təmin etməkdən imtina edən Almaniya bu ölkəyə tank 1000 raket və 500 ədəd “Stinger” yer-hava raketi göndərmək qərarına gəlib. Bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib. O, Tvitter hesabında yazıb ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Almaniya hakimiyyətinin mövqeyi dəyişib.

“Bizim vəzifəmiz Ukraynaya Putinin irəliləyən ordusundan müdafiə etmək üçün əlimizdən gələni etməkdir”, - Scholz yazıb.

Həmçinin agentliklərin məlumatına görə, Almaniyada istehsal olunan silahların başqa ölkələr tərəfindən təhvil verilməsini təsdiqləyib.

Bu ərəfədə NATO ölkələri Ukraynaya silah tədarükünü genişləndirmək barədə razılığa gəliblər. Avropa İttifaqı ölkələri və ABŞ işğalla əlaqədar Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib və onları sərtləşdirməyə söz verib.

Davamı

XS
SM
MD
LG