Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Rusiyada 9 min, Ermənistanda 766, Gürcüstanda 1 yoluxma


Gürcüstanda laboratoriya, arxiv foto.
Gürcüstanda laboratoriya, arxiv foto.

Rusiyada

Son məlumata görə, Rusiyada bir gündə koronavirusa yoluxanların sayı 9 min nəfərə çatıb. Sutkalıq yoluxmanın 1956-sı paytaxt Moskvada qeydə alınıb.

Pandemiya başlayandan bu günə qədər Rusiyada virusa yoluxanların sayı 470 minə yaxınlaşdığı, onlardan 227 minə yaxınının sağaldığı xəbər verilir.

Açıqlanan məlumatlarda qeyd edilir ki, virusa yoluxanların təxminən 1 faizdən çoxu vəfat edib ki, bu da 5 min 859 nəfər təşkil edir. Son sutkada ölənlərin sayı isə 134 nəfər olub. İyunun 6-a olan digər bir məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində təcili tibbi yardımda çalışan həkimlərin 5 nəfərindən biri virusa yoluxub. Milli Tibbi Araşdırmalar Mərkəzinin məlumatına görə, koronavirusa yoluxan həkimlərin sayı 3 min nəfəri keçib.

Ermənistanda...

Ermənistanda açıqlanan rəsmi məlumata görə, son sutkada ölkə üzrə virusa yoluxanların 766 nəfər olub, 10 nəfərsə ölüb. Rəsmi məlumatlarda vurğulanır ki, pandemiya başlayandan bəri COVİD -19-dan ölənlərin sayı 200-ə çatıb.

Səhiyyə nazirliyinin məlumatına görə, pandemiya dövründə xəstəxanada yatan 72 nəfər isə digər səbəblərdən ölüb.

Gürcüstanda...

Qonşu Gürcüstanında son sutka ərzində 1 nəfər koronavirusa yoluxub, 11 nəfərsə sağalıb. Bu rəqəmlər Gürcüstanın rəsmi qurumlarının açlqladığı məlumatlarda yer alıb. Qeyd olunur ki, fevralın 26-dan iyunun 7-dək Gürcüstanda 809 nəfər koronavirusa yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 13 nəfərə çatıb.

Azərbaycanda...

İyunun 6-a olan məlumata görə, Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və 2 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın həmin gün yaydığı məlumatda deyilir:

“Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.7 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 393 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG