Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:57

Rusiyanın Donbas hücumu niyə ləng gedir


Severodonetskm şəhərində Ukrayna əsgərləri
Severodonetskm şəhərində Ukrayna əsgərləri

“Vladimir Vladimiroviç, biz müharibə aparırıq, yoxsa masturbasiya edirik?”

Rusiyanın Donbasdakı hücumu Ukraynanı qüvvələrini birdəfəlik məğlub edən ildırımsürətli əməliyyat olmadı. Niyə? Bu, müharibənin gedişatı üçün nə deməkdir? AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel bu sualların geniş spekulyasiya mövzusuna çevrildiyini yazır.

“Ümumi qənaət, təəssüf ki, məyusedicidir”, – bunu Rusiya ordusunun bədnam ad çıxarmış komandiri, 2014-cü ildə Donbasda müharibə təzə başlayanda əsas rol oynamış keçmiş kəşfiyyat zabiti İqor Girkin deyir.

Ən yaxşı halda...

“Ən yaxşı ssenari belədir ki, düşmən böyük itkilərlə (əlbəttə ki, hər iki tərəf üçün) Donbasdan tədricən çıxarılacaq, bu isə xeyli həftə, hətta aylarla çəkə bilər. Düşmən ümumilikdə bacarıqla, qətiyyətlə müdafiə olunur, vəziyyətə və əsgərlərinə nəzarət edir”, – o, aprelin 28-də Telegram kanalında yazıb.

Ondan iki həftə qabaq isə Rusiya xüsusi qüvvələrinin tanınmış veteranı daha sərt dəyərləndirmə ilə çıxış etmişdi. O, Rusiya Prezidenti Vladimir Putinə birbaşa video müraciətində deyirdi: “Vladimir Vladimiroviç, biz müharibə aparırıq, yoxsa masturbasiya edirik?”

Fevralın 24-də Ukraynaya təcavüzə başlayan Rusiya ölkənin şimalında yerləşən Kiyev, Çerniqov vilayətlərini tuta bilmədi. Bundan sonra qüvvələrin şərq və cənub hissələrə yönəldildiyi açıqlandı.

Donbasdakı Donetsk və Luhansk vilayətlərinin müəyyən hissələri 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir. Putin işğala başlamazadan öncə onların müstəqilliyini tanıdığını bəyan edib.

Ukraynanın narahatlığı

Bəs, Rusiya rəsmilərinin diliylə desək, bu iki vilayətin “tam azad olunması” necə gedir?

“Əməliyyatın büdrədiyi, nəticə verməyəcəyi o qədər də aydın məsələ deyil”, – Polşada yerləşən “Rochan Consulting” şirkətinin direktoru və müdafiə məsələləri üzrə təhlilçisi Konrad Muzıka deyib.

“Ukraynadakı mənbələrim Rusiyanın İzyim ətrafındakı fəaliyyətindən çox narahatdır”, – deyən Muzıka bu səbəbdən Donbas əməliyyatın alınmadığını demək üçün “çox tez” olduğunu vurğulayır.

İzyum Ukraynanın şərqində strateji mövqedə yerləşən şəhərdir.

Ümumilikdə isə Rusiya ordusunun uğursuzluqları bir çox ekspertləri təəccübləndirib. Onlar daha böyük, daha yaxşı silahlanmış, Kiyev və Mariupol kimi böyük hədəfləri sürətlə tutacaq silahlı qüvvələr gözləyirdilər.

Qərbin dəyərləndirməsi

Əvəzində Ukraynanın müdafiəçiləri Rusiya ordusuna böyük itki verməsinə səbəb olub, texniki ziyan da böyükdür. Bunun əsas səbəbi Qərbin Ukraynaya göndərdiyi silahlardır.

Amerikalılar və britaniyalılar hücumun ləng də olsa irəli getdiyini bildirirlər.

“Rusiya qüvvələri Donbasda ləng, qeyri-rəvan, addım-addım irəliləyiş əldə edirlər”, – ABŞ-ın müdafiə rəsmisi aprelin 29-da deyirdi.

ABŞ-ın digər aparıcı müdafiə rəsmisi isə Donbas hücumunu “anemik” kimi təsvir edib.

Qərb rəsmiləri Rusiya ordusunun özünü zəif göstərməsini əhval-ruhiyyə və intizam problemləri ilə izah edib. Cəbhə xəttinə qeyri-adi dərəcədə çox generalın göndərilməsi, onların Ukraynanın hücumuna məruz qalması da bununla izah olunur.

Rusiyanın "Sarmat"ı sınaqdan keçirməsi nə deməkdir?
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Dvornikov gələndən sonra...

Ordu generalı Aleksandr Dvornikov Donbas əməliyyatının komandiri təyin olunandan bəri İzyum ətrafında məhdud da olsa irəliləyiş var. Ukrayna qüvvələri Xarkov vilayətində ərazini geri alsa da, bunun Rusiya qüvvələrinin geri çəkilməsi nəticəsində mümkün olduğu bəlli deyil.

Təhlilçi Muzıka deyir ki, Rusiya hər şeyi birdən səfərbər etmir: “Məndə belə təəssürat yaranıb ki, onlar mərhələli hücumlar edirlər, bu bölmələrlə böyük əməliyyat aparmırlar, onlardan bir-bir istifadə edirlər”.

İsveçdə yerləşın Müdafiə Araşdırmaları Agentliyinin aparıcı hərbi təhlilçisi Cohan Norberqin fikrincə, Rusiya gücünün böyük hissəsini işlədib, iki aya həm ağır canlı qüvvə, həm də texnika itkisi verib: “İndi bunu ləng və metodiki şəkildə həyata keçirməkdən başqa seçimləri qalmayıb. Yəni, əməliyyatı keflərindən uzatmırlar”.

Rusiya Ukraynaya hücuma başlayandan Qərbin sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG