Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:16

S.Seyidov: 'Bizdə sual doğur ki, nəyə görə AŞPA-dayıq'?


Səməd Seyidov
Səməd Seyidov

Oktyabrın 9-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayıb.

Azərbaycanın nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir.

Sessiyada təşkilati məsələlərə baxılması və AŞPA-ya yeni sədr seçilməsi gözlənilir.

Səməd Seyidov sesiyada çıxış edərkən qurumun fəaliyyətindən danışıb, deyib ki, qurum hazırda çətin bir dövrünü yaşayır, biz irəli yox, geriyə gedirirk.

“Biz burada təşkilatın əsas prinsipləri olan demokratiya, insan hüquqları və qanunun aliliyinin qorunması əvəzinə, daha çox siyasi mövqe, vəzifəmizi qorumaq uğrunda mübarizə aparırıq ki, bu təşkilatın nüfuzuna ciddi zərbə vurur”.İndi seçkinin nəticələrinin, sədrin kim olacağını bilmirəm, amma ümid edirəm ki, yeni sədr bu böhranı həll edə biləcək" Səməd Seyidov deyib.

Səməd Seyidov daha sonra qeyd edib ki, sesiyadakı bəzi deputatlar bir sıra üzv ölkələrə qarşı çox aqressiv bəyanatlar verirlər və onda bizdə belə bir sual doğur ki, nəyə görə burdayıq .

“Biz, Avropa dəyərlərinə çox önəmli töhvələr verən bir msəlman ölkəsi olduğumuz halda nəyə görə bu qədər təzyiq altındayıq? Bilmirəm bəlkə bu Avropadakı siyasi gərginliklə və ya müsəlman dövlətlərə qarşı ümumi bir davranışla bağlıdır,bilmirəm, amma bu siyasətçilər kral kimi davranmamalıdır.Hər bir dövlətlə davranışınıza fikir verməlisiniz. Belə bir ayrıseçkilik ortaya çıxanda mən və biz deputatlarda təkrar belə bir fikir yaranar ki, nəyə görə burdayıq”? Səməd Seyidov deyib.

Buna da bax: S.Seyidov: 'Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışırlar, yəqin buna hazırlıq gedir'

Foto arxiv
Foto arxiv

​Azərbaycanın nümayəndə heyətinə mədəniyyət komitəsinin sədri nRafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən RzayevSahibə Qafarova daxildir.

Qeyd edək ki, AŞPA sədri Pedro Agramunt oktyabrın 6-da istefa verib.

Plenar iclaslarda Azərbaycanla bağlı iki məruzənin müzakirəsi də gözlənilir. Bu, «Azərbaycanda demokratik təsisatların fəaliyyəti» və «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı məruzələrdir.

Sessiya 5 gün davam edəcək.

Buna da bax: S.Seyidov: ‘Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq’

Oktyabrın 9-da eyni zamanda Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində ««Laundromat» (pulların yuyulması anlamında) son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır» mövzusunda dinləmələrin keçiriləcəyi də bildirilir. Dinləmələri Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Anne Brasseur-in dəstəyi ilə keçirməlidir. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam etməlidir.

Görüşdə Azərbaycanın Avropa Şurasında keçmiş səfiri Arif Məmmədovun, RATİ-nin rəhbəri Emin Hüseynovun və «Azadlıq faylları» Mərkəzinin direktoru Olga Zakharova-nın çıxışları gözlənir.

XS
SM
MD
LG