Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:48

Sankt-Peterburq COVID qadağaları açıqlayır


Arxiv fotosu
Arxiv fotosu

Oktyabrın 18-də açıqlanmış qadağalar sırasında böyük tədbirlərə giriş üçün sağlamlıq pasportunun tələb olunması da var

Oktyabrın 19-da açıqlanmış məlumata görə, son 24 saat ərzində koronavirus Rusiyada 1105 nəfərin həyatına son qoyub. Rusiya 225 min 325 ölümlə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

***

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqun hakim orqanları koronavirusa yoluxmalarda artımı önləmək üçün məhdudiyyətlər tətbiq edəcək.

Oktyabrın 18-də açıqlanmış qadağalar sırasında böyük tədbirlərə giriş üçün sağlamlıq pasportunun tələb olunması da var.

Tələblər

Şəhər merinin müavini Boris Piotrovski deyib ki, noyabrın 1-dən 40 nəfərdən çox adamın qatıldığı böyük idman və mədəniyyət tədbirlərinə giriş üçün QR kodu göstərilməlidir. Bu kodu isə tam peyvənd olunmuş, yaxud son 72 saat ərzində COVID-19 testi mənfi çıxmış şəxslər əldə edə biləcək.

Noyabrın 15-dən məhdudiyyətlər üzgüçülük hovuzlarına, fitness mərkəzlərinə, teatrlara, kinoteatrlara, muzeylərə və sirklərə də aid ediləcək.

Koronavirusun qarşısı bundan sonra həblə alına bilər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Dekabrın 1-dən restoranlar və mağazaların əksəriyyəti bu tələb siyahısına salınacaq. Tələb stansiya və aeroportlardakı kafelərə, apteklərə, ərzaq mağazalarına aid edilməyəcək.

5 milyon əhalisi olan şəhər yoluxma sayına görə Moskvadan sonra ikinci yerdədir.

Pandemiya başlanandan Sankt Peterburqda 667 minə yaxın yoluxma, 23 minə yaxın ölüm qeydə alınıb. Son 24 saat ərzində 3 min 100-ə yaxın yoluxma aşkarlanıb.

COVİD19-un sirri çözülmür, Çin mütəxəssisləri daha Vuhana buraxmır
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Ölkə üzrə vəziyyət

Rusiya üzrə son 24 saat ərzində 34 mindən çox yoluxma qeydə alınıb. Gündəlik ölü sayı 998 olub. Oktyabrın 16-da koronavriusdan 1002 ölüm təsdiqlənmişdi.

Rusiya 224 mindən artıq yoluxma ilə Avropada birinci yeri tutur. Ekspertlər isə real rəqəmlərin daha yüksək olduğunu deyirlər.

Hakimiyyət rusiyalıların cəmi 32 faizin peyvənd olunmasını xəstəliyin yayılması üçün əsas səbəb kimi görürlər.


Ancaq hakimiyyət ölkəboyu lokdauna getmir, bu qərarı yerli icra orqanlarının öhdəsinə buraxır.

Ən yüksək yoluxma göstəriciləri Rusiyanın qərbində və Sakit okean sahilindəki Vladivostok və Xabarovskda cəmləşib.

Bəzi regionlar artıq QR koduyla bağlı müxtəlif tələblər tətbiq etməyə başlayıb.

XS
SM
MD
LG