Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:22

'Şimal axını' kəmərlərində dördüncü sızma aşkarlanıb


Şimal axını-1 kəmərində qazsızma
Şimal axını-1 kəmərində qazsızma

Bu insident Avropada təbii qazın qiymətini qaldırıb

İsveçin Sərhəd Qvardiyası həftənin əvvəlində Baltik dənizindəki Şimal axını kəmərlərində dördüncü qaz sızmasının baş verdiyini aşkarlayıb. Açıqlamanı qvardiya rəsmisi sentyabrın 29-da verib.

Həftənin əvvəlində ikisi Danimarka, biri İsveç zonasında olmaqla üç sızma aşkar edilib. Şimal axını Rusiyadan Almaniyaya təbii qaz nəqli üçün çəkilmiş iki böyük kəmərdir.

Sizcə, müharibə bitib, ya davam edir? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

NATO və Avropa İttifaqı sızmaların “sabotaj”la törədildiyini deyib, Avropanın kritik infrastrukturunu qorumaq üçün güclü tədbirlər vəd edib.

“İsveç tərəfdə iki, Danimarka tərəfdə də iki sızma var”, – Sərhəd Qvardiyasının rəsmisi mediaya deyib.

Qaz dənizə sızır

Şübhəli partlayışlar vaxtı kəmərlərdən heç biri işləməyib, ancaq onlar qazla dolu olub. Sentyabrın 26-da baş vermiş hadisədən bəri qaz Baltik dənizinə sızmaqdadır.

İsveç və Danimarka seysmoloqları ərazidə güclü partlayışlar qeydə aldıqlarını deyiblər. İsveç polisi mümkün sabotaj üzrə təhqiqata başlayıb.

Dördüncü sızma “Şimal axını-2” kəmərində, yaxınlıqdakı “Şimal axını-1”də aşkarlanmış daha böyük dəliyə yaxın yerdədir, rəsmi belə deyib.

Bu insident Avropada təbii qazın qiymətini qaldırıb.

XS
SM
MD
LG