Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:16

AXCP: 'Hökumət əsl müxalifətin işıq yerlərini bağlamaq istəyir'


Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?

Üzvlərinin reyestrində dəyişikliklər barədə məlumat vermədiyinə görə partiya cərimə oluna bilər. Bu, İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək cərimə ediləcəklər.

Habelə, partiyanın qeydiyyatsız fəaliyyəti və qəbul edilən qanunsuz ianələrlə bağlı da cərimələr müəyyənləşir.

E.Nəsirov
E.Nəsirov

"Qohum-əqrəbadan ibarət partiyalar…"

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov "Turan"a bildirib ki, bu ilin əvvəlində təsdiqlənən "Siyasi partiyalar haqqında" Qanun çox geniş müzakirə predmetinə çevrildi. Deputatın sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Azərbaycan siyasi səhnəsində olan partiyaların ictimai proseslərə təsir imkanları olsun: "Qohum-əqrəbadan ibarət partiyaların ictimai-siyasi arenada hansı çəkisi ola bilər? Onlar başqa işlə məşğul olsunlar. Qoy sosial bazası olan partiyalar siyasi meydanda olsunlar və öz vəzifələrini həyata keçirsinlər".

E.Nəsirov deyib ki, burada siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsi gündəmə gəlir: "Qanunun tələblərinə görə, partiyaların qeydiyyata alınması üçün minimum 5 min nəfərin olması şərt kimi irəli sürülüb (əvvəlki qanunda min nəfər idi-red). Burada reyestr məsələsi də var. Həmin minimum 5 min nəfərlə bağlı məlumatlar toplanmalıdır. Həmin məlumatlar yaşayış yerindən tutmuş, iş yeri və telefon nömrəsindən ibarətdir".

Azərbaycanda ən uzunmüddətli siyasi lider hansıdır? (2022)
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Onun sözlərinə görə, qanun icra edilmədikdə İXM-ə düzəliş gündəmə gəlir: "Burada qanun pozularsa, cərimələr tətbiq olunacaq. Yəni, bəlkə, partiya qeydiyyata alınmayıb və qeyri-qanuni fəaliyyətlə məşğuldur? Ola bilsin ki, partiya de-yure siyasi səhnədə yoxdur, amma qeyri-qanuni ianə alır".

"Qanunları qanunsuz olaraq tətbiq edir"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda siyasi fəaliyyət artıq mümkünsüzləşməyə doğru gedir: "Hökumət konkret olaraq əsl müxalifət partiyalarının bütün işıq yerlərini bağlamaq istəyir".

AXCP sədr müavini hesab edir ki, İXM-ə edilən dəyişikliklər əvvəlkini möhkəmlətmək üçündür: "Bizi qarşıda ciddi məhkəmə çəkişmələri gözləyir, çünki dövlət mexanizmi özü də normal işləmir. Tutaq ki, partiyamız hansısa sənədləri aparıb təqdim edir, onlar da bunları gec qeydiyyata alırlar, bununla da cərimə tətbiq edəcəklər".

S.Həzi
S.Həzi

S.Həzinin fikrincə, İXM-ə yeni dəyişikliklər siyasi partiyaların fəaliyyətini tam nəzarətə götürmək üçündür: "Siyasi məhbuslara verilən kiçik ianələrə görə partiyamızın bir neçə üzvü həbs edilmişdi. Hökumət bu istiqamətdə uzun müddətdir işləyir və qanunları qanunsuz olaraq tətbiq edir. Bütün bunlar beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə, ölkənin Konstitusiyasına ziddir. Ona görə də bu qanunvericilik ciddi problemlər yaradacaq".

Bu ilin əvvəlində təsdiqlənən "Siyasi partiyalar haqqında" Qanun müxalifətin tənqidləri ilə qarşılanmışdı. Bəzi müxalifət partiyaları hesab edirdi ki, qanunda təsbit olunan reyestrdən onları tam nəzarətə götürmək üçün istifadə ediləcək. Üstəlik, onların fikrincə, yeni qanunda qeydiyyat çətinləşdirilib, əsl müxalif qüvvələrin sıradan çıxarılması asanlaşdırılıb. Hakimiyyət rəsmiləri isə belə iddiaları əsassız sayırdılar. Amma Avropa Şurasının Venesiya Komissiyası da bu qanuna mənfi rəy verib.

XS
SM
MD
LG