Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Yolda gedərkən ayaqlarına sellofan bağlayıb gəzirlər


-

“O gün yağış yağdı, 3 gün işə gedə bilmədim. Səbəb də odur ki, yağışlı gündə həyətin qapısından çıxmaq mümkün deyil. Su, palçıq dizdən olur”.

Suraxanı rayonunda da yol problemi sakinləri haqlayıb. Yağışlar başlayandan problem daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.

“UŞAQLARA QALOŞ GEYİNDİRİRƏM”

Suraxanı rayonu, 3-cü mədən, Zahid Əliyev küçəsinin sakini Elmira Əhmədova AzadlıqRadiosunu “Qaynar xətt”inə yaşadığı küçənin yol problemindən danışır. Deyir, uzun illərdir bu şəraitdə yaşamağa məcburdurlar. Yolun palçığından, əsasən, piyadalar əziyyət çəkir:

“Uşaqlar məktəbə gedəndə özləri ilə əlavə ayaqqabı götürürlər. Şəxsən mən uşaqlara qaloş geyindirirəm. Məktəbə çatanda dəyişirlər. Ayaqlarına sellofan bağlayıb məktəbə gedən uşaqlar da var”.

Küçənin başqa sakini Rəhim Dadaşov deyir uzun-uzadı şikayətlərdən sonra küçənin kiçik bir hissəsinə asfalt tökülüb, qalan hissəsi yenə qalıb.
Suraxanı rayon icra hakimiyyətindən “Qaynar xətt” bildiriblər ki, hazırda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən ərazisində yol şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görülür. Vəd olunur ki, tezliklə sakinlər həyət qapılarından birbaşa asfalta çıxacaqlar. Bir sözlə, çuxura düşən qalmayacaq.

XS
SM
MD
LG