Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:14

Türkmənistanda məmurların saçı prezidentin saçından asılıdır


Berdymukhammedov-un iki çaları
Berdymukhammedov-un iki çaları

Türkmənistanın şərqindəki Lepab regionunun yaşı 40-dan yuxarı kişi məmurlarına saçlarını boyamaq qadağan edilib.

Bu barədə məlumatı AzadlıqRadiosunun regional müxbirləri veriblər.

Xəbər verilir ki, bununla da bütün məmurların ölkə prezidenti Gurbanguly Berdymukhammedov-a “uyğunlaşmasının” təmin edilməsinə çalışılır.

Berdymukhammedov 2018-ci ilin avqustundan bəri ictimaiyyət qarşısında çallaşmış saçları ilə görünür.

AzadlıqRadiosunun Türkmən xidməti bildirir ki, fevralın 1-dən kişi cinsindən olan məmurlara, məktəb və xəstəxanaların işçilərinə saçlarını boyamaq qadağan edilib.

Bu da bildirilib ki, rəsmi titulu Arkadağ olan prezident regionlara səfər edərkən onunla görüşə yalnız saçlarında dən olanlar buraxılacaqlar.

2019-cu ilin yanvarında Türkmənistanın dövlət idarələrinə, o cümlədən məktəblərə Berdymukhammedov-un yeni portretlərini almaq tapşırılıb.

Bu portretlərdə prezidentin saçı boyasızdır. Halbuki bundan əvvəlki portretlərdə onun şəvə kimi qara saçları vardı.

O 2007-ci ildə prezident olanadək də saçlarını boyamırdı.

Lakin sonralar prezidentin saçı “qaralanda” Lepab rayonunun məmurlarına da prezidentə oxşamaq göstərişi verilmişdi.

AzadlıqRadiosunun Türkmən xidməti bu xəbərlərə rəsmi şərh ala bilməyib.

XS
SM
MD
LG