Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:59

Taliban Pəncşirdə qiyamçılarla toqquşur


Pəncşirdə hərbi təlim, 30 avqust, 2021-ci il
Pəncşirdə hərbi təlim, 30 avqust, 2021-ci il

Yerli media və beynəlxalq agentliklərin istinad etdiyi mənbələr döyüşlərdə azı 7 nəfərin öldürüldüyünü bildirir

Xarici qüvvələr Əfqanıstandan çıxandan sonra Kabil aeroportuna tam nəzarət edən Taliban qruplaşması ölkənin şimal-şərqində müqavimət qüvvələri ilə toqquşur. Bütün dünya isə yaraqlıların daha tolerant və açıq idarəçilik yürüdəcəyi ilə bağlı vədlərinə necə əməl edəcəyini izləyir.

Taliban bildirib ki, ABŞ qüvvələri çıxandan sonra Əfqanıstan “tam müstəqillik əldə edib”. Qruplaşma həm də öz qələbəsinin “digər işğalçılara dərs” olmasıyla bağlı xəbərdarlıq edib.

Azı 7 nəfər öldürülüb

ABŞ-ın sonuncu hərbi təyyarəsi havaya qalxandan sonra Talibanın nəzarətində olmayan, paytaxtdan 100 km şimal-şərqdə yerləşın Pəncşir vilayətində döyüşlərin qızışması xəbərləri gəlib.

Yerli media və beynəlxalq agentliklərin istinad etdiyi mənbələr döyüşlərdə azı 7 nəfərin öldürüldüyünü bildirir.

Müqavimət hərəkatına məşhur əfqan döyüşçünün oğlu Əhməd Məsud rəhbərlik edir. Hərəkat Talibanla danışıqlar tərəfdarı olduğunu bildirir, amma eyni zamanda “döyüşməyə hazır” minlərlə silahlı toplayıb.

Bu zorakılıq ölkədə vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərir.

Taliban gələcək hökumətlə bağlı “bütün fraksiyalarla” danışıqlar apardığını bildirir. Amma artıq məhkəməsiz edamlar, beynəlxalq qruplar və öncəki hökumətlə işləyənlərin ev-ev axtarılması xəbərləri gəlir.

Kabildə vəziyyət necədir

Kabildəki kiçik Sikh azlığının üzvü AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, Taliban hakimiyyətə gələndən onlar və hindular “evlərindən çıxmırlar”.

“Hazırda çox qeyri-müəyyən vəziyyətdəyik və bundan sonra nə baş verəcəyini bilmirik. Beynəlxalq ictimaiyyətin və Birləşmiş Ştatların bizi tək qoymamasını istəyirik”, – o deyib.

Son 20 ildə ilk dəfə olaraq bu gün əfqanlar yuxudan oyanıb ölkədə xarici əsgər görməyiblər.

Əfqanıstanın səhiyyə sistemi çökmə təhlükəsi ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00


“Şəhərdə sakitçilikdir”, – Kabilin mərkəzində yaşayan Lütfulla adlı sakin “dpa”ya deyib.

Onun sözlərinə görə, Şəhri-Nau rayonunda mağazaların çoxu açıqdır, amma alıcı azdır.

Qərbi Dəşti Bərçi rayonunda isə bir sakin özəl və dövlət məktəblərinin yenidən açıldığını deyib.

BBC bağlı bankların, ATM-lərin, pul göndərmə xidmətlərinin qarşısında böyük növbələr yarandığını xəbər verir.

XS
SM
MD
LG