Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:34

Bu kənddə hər səhər arxlar “qan çanağı”na çevrilir


İllüstrasiya
İllüstrasiya

“Malı kəsirlər, başını, ayağını, nə bilim, zir-zibilini yükləyirlər arabaya, gətirib tökürlər kanala, arxa...”

Yevlaxın Tanrıqulular kəndində yaşayan Rəhman Abdullayev AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, kəndlilər dədə-babadan kənddəki kanalın, arxın suyuyla əl-üzlərini yuyarmışlar, məişətdə bu sudan istifadə edərmişlər.

Ancaq indi səhərlər yuxudan ayılıb kanalın, arxın ürəkbulandıran vəziyyəti ilə qarşılaşırlar:

“Oyanırsan ki, arxlarda su qana qarışıb, iy də aləmi basıb. Belə murdarçılıq olar? Səhər obaşdan biri mal kəsir, biri toyuq-cücə kəsir, biri qoyun kəsir, gətirib bütün tullantıları kanala buraxırlar, gedirlər. Yayda məcbur qalıb bu murdar su ilə əkin sahələrini, həyətdəki ağacları sulamalı oluruq. Bu da gündə bir xəstəliyə yol açır”.

“ƏRAZİ AYRILSIN”

Kəndin başqa sakini Əvəz Alıyev isə bu məsələdə təkcə sakinlərin qınaq mənbəyinə çevrilməsini düzgün hesab etmir:

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Düzdür, burda məişət tullantılarını yolların kənarlarına, çay yataqlarına atırlar. Kənddə natəmizlikdir. O da düzdür ki, bu vəziyyəti özümüz yaradırıq. Ancaq məcburiyyətdən... Kənddə tullantıların atılması üçün xüsusi yer, qutu yoxdur. Dəfələrlə kənd bələdiyyəsinə gedib təklif etmişik ki, həm kəsim tullantıları, həm də məişət tullantıları üçün xüsusi yerlər ayrılsın. Kəsilən mal- heyvanın tullantılarından ötrü ərazi ayrılsın, aparaq orada basdıraq. Məişət tullantılarımız üçün də qutular qoyulsun. Hər şeyi arxa tökürük. Kanal pis gündədir. 50 metr aralıdan keçirik iyindən. Halbuki, o kanalla vaxtilə əkin sahələrini, həyətyanı sahələri suvarardıq. Məişətdə istifadə edərdik. İndi malın başını, ayağını, qanını kanala tökürük, özümüz isə suyu pulla alırıq”.

“QUYU QAZSIN, BASDIRSIN”

Kənd bələdiyyəsindən “Qaynar xətt”ə bildiriblər ki, sakinlər tullantıları həyətyanı sahələrində quyular qazıb basdırmalıdırlar:

“Heç bir kənddə belə şey yoxdur ki, kəsim tullantısı üçün xüsusi yer ayrılsın. Mal kəsir, həyətində quyu qazsın, basdırsın. Zibil qutularına gəlincə, adamlar zibillərin daşınması üçün pul vermirlər. Hər şeyi havayı istəyirlər”.

Sakinlərsə deyirlər, “zibilpulu” ödəməyə hazırdılar, təki bələdiyyə hərəkətə gəlib küçələrə zibil qutuları düzsün.

Buna da bax: Qaçqın uşaqlar yuxuda nə görür?- [Video]

Qaçqın uşaqlar yuxuda nə görür?- [Video]
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

XS
SM
MD
LG