Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:25

Gənc fəallar polisə tabe olmamaqda günahlandırılıb


Tapdıq Məmmədov və Elmir Məmmədov (Təhmin) (kombo foto)
Tapdıq Məmmədov və Elmir Məmmədov (Təhmin) (kombo foto)

Ötən həftə Gəncə şəhərində saxlanan gənc siyasi fəallar Tapdıq Məmmədov Elmir Məmmədovun (Təhmin) yaxınları gənclər barəsində çıxarılan məhkəmə qərarını əldə etdiklərini bildirirlər.

Onların təqdim etdiyi qərara görə, gənclər polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamada təqsirləndirilərək inzibati həbs ediliblər.

Əldə olunan qərar Elmir Məmmədovla bağlıdır. Həmin qərarı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Gündüz Şirinov qəbul etdiyi bildirilir.

Buna da bax:​ Gəncədə saxlanan gənclərdən xəbər var

Qərar görə, məhkəmə müəyyən edib ki, polis əməkdaşları E.Məmmədovu noyabrın 6-da boya ilə divarları yazarkən saxlayıblar. Onu Nizami polis şöbəsinə dəvət ediblər. Ancaq E.Məmmədov bundan imtina etməklə polisin qanuni tələblərinə əməl etməyib.

Məhkəmə Elmir Məmmədova 30 gün inzibati həbs cəzası verib.

Digər gənc - Tapdıq Məmmədov barəsində də eyni qərarın çıxarıldığı bildirilir. Ancaq həmin qərar onun yaxınlarına təqdim edilməyib.

Gənc siyasi fəallar Tapdıq Məmmədov və Elmir Təhmin ötən həftə Gəncə şəhərində saxlanmışdı.

Buna da bax: 'Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar'

NİDA Vətəndaş Hərəkatının üzvü Samir Əsədli bildirmişdi ki, gənclər noyabrın 5-də Gəncənin Şahsevənli məhəlləsində divarlara şüar yazarkən saxlanıblar. Gənclərin divarlara “Diktaturaya yox!” şüarı yazdıqları deyilir.

S.Əsədli hər iki gəncin fiziki zorakılığa məruz qaldığını ifadə etmişdi.

DIN Gəncdə gənclərin döyülməsini təkzib edir.

Daxili İşlər Nazirliyi Gəncə şəhərində divarlara etiraz şüarları yazdıqdan sonra həbs edilən gənclərə işgəncə verilməsi barədə ittihamları təkzib edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə BBC Azərbaycancaya bildirib ki, Gəncə sakini Elmir Məmmədov və Şəmkir sakini Tapdıq Məmmədova xırda xuliqanlığa görə inzibati həbs cəzası verilib.

Buna da bax:​ Müsavat: 'Gənclərin həbsi repressiya aktıdır'

NİDA Vətəndaş Hərəkatından bildirirdilər ki, gənclər saxlanarkən polis işgəncələri ilə üzləşiblər. Şöbədə onların başını bir neçə dəfə stola çirpıblar.

XS
SM
MD
LG