Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Bir vaxt ‘Putin çar olsun’ deyən Tinkov indi ona ‘çıxış yolu’ istəyir


Oleq Tinkov
Oleq Tinkov

Milyarder Qərbi Putinə “abırlı çıxış yolu” verməyə çağırır

Sərvəti Forbes tərəfindən 2021-ci ildə 4.7 milyard dollar olaraq dəyərləndirilən Oleq Tinkov yenidən Ukraynada müharibəyə qarşı çıxış edib.

O aprelin 19-da özünün Instagram hesabında yazıb ki, bu divanə müharibədən xeyri olan bir nəfər də tanımır:

"Günahsız insanlar və əsgərlər məhv olurlar. İçkinin meyxoşluğundan oyanmış generallar başa düşürlər ki, onların ordusu nəcisdir...Kreml məmurları şokdadırlar ki, nəinki özləri, heç uşaqları da bu yay artıq Aralıq dənizinə gedə bilməyəcəklər. Biznesmenlər əmlaklarının olub-qalanını xilas etməyə çalışırlar”.

Tinkovun sözlərinə görə Rusiya qohumbazlığın, nökərçiliyin və köləliyin girdabına düşüb:

"Əgər ölkədə hər şey nəcis içindədirsə, ordu necə yaxşı ola bilər?”

Milyarderin fikrincə, ölkənin 90 faizi müharibə əleyhinədir və müharibəyə dəstək rəmzi olan Z hərfini “yalnız debillər” çəkirlər.

O “kollektiv Qərbi” Rusiya prezideti Vladimir Putinə “bu situasiyadan anlayışlı bir çıxış yolu” verməyə çağırır ki, o “üzünün abrını” saxlaya və kütləvi qətllərə son qoya bilsin.

Tinkov Qərbi “rasional və humanist” olmağa çağırır.

Rusiya Ukraynanın cənub-şərqində yeni hücuma keçib
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

“Biz bundan artığına layiq deyilik”

2020-ci ilin dekabrında Dojd telekanalının efirində Tinkov yarıgerçək-yarızarafat demişdi ki, prezident Putini çar, qızını imperatriça elan etmək lazımdır.

Biznesmen əlavə etmişdi ki, monarxiya Rusiyaya ən uyğun siyasi quruluşdur.

O həmin verilişdə Ukraynanı misal çəkərək demişdi ki, bizlərə demokratiya yaramır.

Tinkov əlavə etmişdi ki, rus adamına padşah daha xoş gəlir:

"Təəssüf ki, biz bundan yaxşısına layiq deyilik”.

Tinkov özünün Tinkoff bankını birjaya çıxarandan sonra Rusiyanın ən zəngin adamlarının siyahısına daxil olub.

Forbes jurnalının təxminlərinə görə Ukraynada müharibə başlanandan onun sərvəti 5 dəfə azalıb və o artıq milyarder deyil.

Tinkov mart ayında Britaniyanın sanksiyalar siyahısına salınıb.

Zənginlərin sərvəti azalır

Biznesmen artıq fevralın 28-də müharibəyə qarşı çıxış etmişdi və yazmışdı:

"İndi Ukraynada hər gün günahsız insanlar həlak olur. Bu ağlasığmazdır və yolverilməzdir! Dövlətlər pulu müharibələrə yox, adamların müalicəsinə, xərçəng üzərində qələbəyə xərcləməlidirlər!”

Tinkov aprelin 14-də yazırdı ki, Ukrayna qaçqınlarına və yaralı Rusiya əsgərlərinə kömək etmək istəyir.

Onlarla rusiyalı milyarder Moskvanın Ukraynaya qarşı təcavüzünə görə ABŞ, Britaniya və Avropa İttifaqının sanksiya siyahılarına salınıb.

Qərb bu adamlara qarşı sanksiyaları onların Kremlə yaxınlığı ilə əsaslandırır.

Hazırda Rusiyanın 88 ən varlı adamından 65-nin sərvəti azalıb.

XS
SM
MD
LG