Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:08

Türkiyə inflyasiya ilə mübarizədə ‘öz yoluyla gedir’


İstanbul, arxiv fotosu
İstanbul, arxiv fotosu

“Biz öz yolumuzla gedəcəyik, başqalarının bizim üçün çəkdiyi yolla deyil”

Türkiyə artan qiymətlərlə mübarizəni prioritet seçib, “ənənəvi siyasət”i kənara qoyaraq öz yolunu cızır. Bunu Maliyyə naziri Nurəddin Nebati yanvarın 5-də deyib. Bu günlərdə açıqlanmış rəsmi statistika isə ölkədə illik inflyasiyanın 36 faizə çatdığını göstərib.

Prezident Receb Tayyib Ərdoğanın təzyiqi altında mərkəzi bank qiymət artımına baxmayaraq faiz dərəcələrini azaldıb. Prezident istehsalın, ixrac və iqtisadi artımın gücləndirilməsinə fokuslanır.

Heterodoks siyasət

“Biz ortodoks siyasəti kənara qoymuşuq, bu, heterodoks siyasətdir”, – Nebati biznes qrupu qarşısında çıxışında deyib. O, Türkiyənin büdcə intizamında güzəştə getməyəcəyini, monetar siyasəti harmonik şəkildə həyata keçirəcəyini açıqlayıb.

“Biz öz yolumuzla gedəcəyik, başqalarının bizim üçün çəkdiyi yolla deyil”, – deyən nazir istehsala söykənən, sənaye və ixrac yönümlü şirkətlərin dəstəklənməsi üçün yeni alətlər təqdim etməyi vəd edib.

Ötən il lirə 44% zəifləyib. Bu isə idxal olunan məhsulların bahalanmasına, inflyasiyanın yüksəlməsinə səbəb olub. Nebatinin çıxışından sonra lirənin dollara qarşı məzənnəsi 13.47 olub.

Mərkəzi bank sentyabrdan bəri inflyasiyanı 500 bənd azaldaraq 14%-ə salıb.

XS
SM
MD
LG