Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Ekspert: «Türkiyə Rusiyanın öhdəsindən təkbaşına da gələr»


Ekspert Pavel Felgenhauer
Ekspert Pavel Felgenhauer

-

Hərbi-siyasi şərhçi Pavel Felgenqauer Rusiyada çap olunan «Novaya Gazeta»​ saytında Rusiya- Türkiyə münasibətləri haqda yazı yazıb. Yazını oxuculara təqdim edirik:

Rusiyanın Su-24M bombaçı təyyarəsini (komandir – podpolkovnik Oleq Peşkov, şturman – kapitan Konstantin Buraxtin) türk qırıcı təyyarəsi F-16 Figtting Falcon vurdu.

Bu model qırıcılar pilotlar arasında Viper (gürzə) ləqbilə məhşurdur. 24 noyabr səhəri iki ədəd Su-24M Türkiyə sərhədi yaxınlığında türkmən müxalifətinin mövqelərini bombalayırdı.

Bu ərazi Surya türkmənlərinin sıx məskunlaşdığı Latakiya əyalətinə daxildir. Rusiya pilotları cəbhə xəttinə yaxın olan dağ-meşə massivində katapult etdilər. Eniş zamanı Peşkov türkmən döyüşçülərin atəşilə öldürüldü. Muxtarin axtarış-xilasetmə əməliyyatı ilə tapılıb xilas olundu.

TÜRKMƏNLƏR KİMDİR?

RF-də çox adamın tanımadığı türkmənlər oğuz türklərinin soyundandır. XI əsrdə Yaxın Şərqdə türk fəthi zamanı məskunlaşmışlar.

Suriya türkmənləri müasir türk əlifbasından istifadə edir və Türkyiə türkcəsinə çox yaxın dildə danışırlar. Türkiyə üçün Suriya türkmənləri birmənalı olaraq türk deməkdir; türk hərbi elitasının sabit mövqeyinə görə, türk hərbisi onları hər cür hücum və təhdidlərdən, o cümlədən Rusiya hərbi zərbələrindən qorumalıdır.

Türkmən hərbi müxalifəti (Suriya türkmən briqadaları) 2012-ci ildə yaradılmış Suriya türkmənləri Məclisinə tabedir. Suriya vətəndaş müharibəsi gedişində türkmənlər Türkiyənin fəal dəstəyi ilə Latakiya əyalətinin şimal dağlıq hissəsini (Türkmən dağlarını) Bəşər Əsəd rejimindən təmizləmişlər.

Rusiya hava əməliyyatlarına başladıqdan qısa zaman sonra Əsədin müntəzəm hərbi qüvvələri, ələvi döyüşçü dəstələri və Livan şiə terror təşkilatı “Hizbullah”ın seçmə döyüşçüləri Şimali Latakiya üzərinə türkmənlərə qarşı quru əməliyyatına başladılar.

(Ardı aşağıda)

Rusiya-Türkiyə mübahisəsi. Azərbaycan hansı mövqedə olsun?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Rusiya aviasiyasının dəstəyi ilə başlanan bu əməliyyat üç istiqamətdən hücum edərək türkmən hərbi birləşmələrini darmadağın etmək məqsədi daşıyır. Rusiyanın Suriyada olan “Hmeymim” aviabazasında jurnalistlərə verdiyi müsahibədə Muxtarin dedi ki, onun təyyarəsi Türkiyə sərhədini təsadüfi olaraq poza bilmzədi. “Biz orda dəfələrlə döyüş uçuşları etmişik. Mən orda hər bir yüksəkliyi tanıyıram. Cihazlar olmadan da səmti təyin edə bilərəm”. Pilotun bu sözləri türkmənlərin aramsız bombalandığını təsdiq edir.

Türkmən dağlarında nə neft hasilatı və emalı yerləri var, nə neft məhsulları daşıyan maşınlar keçir, nə də İslam dövləti var. İslam dövlətindən qeyri-leqal neft məhsullarının əsas həcmini Moskvaya müttəfiq olan Əsəd rejimi və kürdlər alırlar...

Rusiya hakimiyyəti SU-24M-in vurulmasını belə izah edir ki, Türkiyə hakimiyyəti və şəxsən Ərdoğan neft və neft məhsullarının qeyri-leqal ticarəti ilə necəsə əlaqəlidir və guya, Rusiya aviasiyası İslam dövlətinə məxsus benzin daşıyan maşınları vurduğuna görə qisas almaq üçün təyyarəni vurmuşlar.

Lakin Türkmən dağlarında nə neft hasilatı və emalı yerləri var, nə neft məhsulları daşıyan maşınlar keçir, nə də İslam dövləti var. İslam dövlətindən qeyri-leqal neft məhsullarının əsas həcmini Moskvaya müttəfiq olan Əsəd rejimi və kürdlər alırlar.

Ankarda olan məlumatlı mənbələr bildirirlər ki, prezident Ərdoğan hələ yay aylarından türk ordusunun sərhədi keçib Şimali Suriyada bufer zona yaradılmasını təkid etmiş, lakin hərbi qərargah buna razı olmamışdı.

Yayda türkmən hərbi birləşmələri hücuma keçərək Əsəd qüvvələrini geri atmış, Latakiyada nəzarət zonasını genişlətmişlər. Hazırda türkmən qüvvələri Rusiya avia zərbələrinə və Əsəd qüvvələrinin qurudan hücumlarına ümumən tab gətirirlər, lakin müqavimət cəbhəsi laxlayır və bir sıra vacib mövqelər itirilib. Müqavimət cəbhəsi dağıdılarsa, Əsəd qoşunları İdlib əyalətinin paytaxtına aparan birbaşa yola çıxacaqlar.

On minlərlə yerli türkmən əhali xilas olmaq üçün Türkiyəyə qaçmaq məcburiyyətində qalacaq. Bir çoxusu indidən qaçqın düşmüş, Türkiyəyə sığınmışlar.

Türkiyənin bilavasitə sərhədində etnik türklərin kütləvi təmizlənməsi Türkiyə üçün qətiyyən yolverilməzdir. Aydındır ki, təyyarənin vurulması sərhəd pozma faktından daha çox, Ərdoğan hakimiyyətinin və türk hərbi elitasının səbrinin tükədilməsinə görə baş verdi. Dəfələrlə xəbərdarlıq və diplomatik danışıqlar nəticə vermədikdən sonra bu tədbir görüldü.

Türk qırıcıları
Türk qırıcıları

20 noyabrda Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu Türkiyə XİN-ə çağırıb tələb etmişdilər ki, türkmən torpaqlarında və ümumiyyətlə Türkiyə sərhədləri yaxınlığında intensiv bombalama əməliyyatlarına son qoyulsun.

Prezident Putin və XİN başçısı Lavrov yeni bir iddia sürdülər ki, Şimali Latakiyada Rusiyadan getmiş döyüşçülər cəmlənmişlər, oranı bombalamaqda məqsəd preventivdir, Rusiyanın özünün təhlükəsizlik məsələsidir.

Baş qərargah generalı Sergey Qudskoy bildirdi ki, Şimali Latakiyada “Şimali Qafqazdan getmiş mindən artıq döyüşçü cəmlənib”, Əsəd qoşunları rus aviasiyasının köməyilə bu bandit qruplaşmalarını məhv etmək üçün əməliyyatlar aparır. Lakin Latakiyada bu cür “banditlərin”, RF vətəndaşı “beynəlxalq terrorçuların” olmasına dair bir dənə də olsun fakt-sübut ortaya qoymurlar.

Rudskoy əlavə edib ki, “bizim tərəfdaşlardan heç kim orda mötədil müxalifət birləşmələrinin olması barədə xəbərdarlıq etməyib, onlara zərbə endirməyin məqsədəuyğun olunmadığını tövsiyə etməyib”. Belə çıxır, bizim XİN türklərin bombalanmanı dayandırmaq tələblərini Baş Qərargaha çatdırmağı unudub?

RUSİYA ÜÇÜN YENİ MƏRHƏLƏ?

Hazırda Rusiya faktiki olaraq müharibə öncəsi xüsusi mərhələyə girib: Ankara ilə diplomatik münasibətlərə yenidən baxılır, gömrükdə türk məhsullarını rəsmiləşdirməyə son qoyublar, Putin isə Türkiyədəki rusiyalı turistləri xəbərdar edir ki, “onlar ciddi təhlükəyə məruz qala bilərlər”, “başqa insidentlər də olacaq və biz bunlara reaksiya verəcəyik”.

Vladimir Putin və Tayyip Erdogan
Vladimir Putin və Tayyip Erdogan

Bəyan edildi ki, Suriyaya S-400 ZRK kompleksləri göndərilir, “Fort” (S-300F) ZRK ilə təchiz olumuş “Moskva” kreyseri Latakiyada reydlər keçirir. Sergey Şoyqu dedi: “bizim aviasiya üçün təhlükə törədən istənilən hava hədəfini məhv etməyə hazırıq”.

Aydındır ki, burda türk qırıcı təyyarələri nəzərdə tutulur. Həmçinin elan edildi ki, rus bombardmançı təyyarələrini qırıcılar müşayiət edəcəklər. Qırıcıları əməliyyata qoşmaqda məqsəd türk qırıcıları ilə döyüşə hazırlıqdır. Eyni zamanda, Şimali Latakiyada humanitar yük maşınlarının rus aviasiyası tərəfindən bombalanması xəbəri gəldi.

İndiyə olan durumda Suriya müxaifətini Latakiya şəhərindən 30 kilometrlik məsafə ayırır. Latakiyadan isə Rusiyanın “Hmeymim” bazasına 15 kilometrlik sahilboyu düzənlik məsafə qalır. Əsədin əsas yuvası da yaxınlıqdadır.

“Hmeymim” bazasının təhlükəsizliyini təmin etmək və hakim ələvilərin ərazsini onların əlində saxlamaq üçün Putin Şimali Latakiyanı tezliklə təmizləməyi düşünür. Türkiyə ilə danışığa gedib türkmənlər üçün bufer zona yaratmağı da buna görə qəbul etmir.

Bunu daimi təhlükə mənbəyi kimi görür. Fasiləsiz bombalama, türkmən birləşmələrini məhv etmək, Şimali Latakiyanı türkmənlərdən tamamilə təmizləmə planını işə salıb. Lavrov deyir, Türkiyə ilə müharibə etmək məqsədimiz yoxdur. Lakin görünür, ən azından, bir türk qırıcısını vurmaqla hesabı bərabərləşdirməyi arzu edirlər.

RƏSMİLƏR MÜNAQİŞƏNİ BÖYÜTMƏK İSTƏMİR

Türklərin də geri çəkilməyə yeri qalmayıb. Ərdoğan və Davudoğlu bir tərəfdən, Lavrov digər tərəfdən, münaqişəni böyütmək istəmədiklərini deyirlər. Həmçinin, Ankaraya NATO və Vaşinqtonun təzyiqi var ki, nüvə dövləti olan Rusiyanı həddən ziyadə qıcıqlandırmasın.

Türkiyə türkmənləri qorumaqda israrlıdır. Xatırlayaq ki, 1974-cü ildə Kiprdə etnik türklər qovulan zaman türk ordusu Vaşinqtonun birbaşa qadağasına baxmayaraq adaya girib bunun qarşısını aldı.

Türkiyə özü lisenziya əsasında F-16 istehsal edir. Türklərin güclü və müasir aviabazalar şəbəkəsi, yüksək hazırlıq keçmiş pilotları var

“Xmeymim” bazasında hər birində 4 ədəd olmaqla iki qırıcı dəstəsi var: SU-30SM və CU-27CM3. Bura əlavə qüvvə cəlb etmək bazanın indiki imkanları ilə çətindir. Həm də bu cür zəif nöqtədə böyük baza yaratmaq təhlükəlidir. Türkiyənin 179 F-16C-si (birpilotlu maşın) və 57 F-16D-si (ikipilotlu) var, bunlar müasir modifikasiyalardır. Türkiyə özü lisenziya əsasında F-16 istehsal edir. Türklərin güclü və müasir aviabazalar şəbəkəsi, yüksək hazırlıq keçmiş pilotları var. SU-24M-i yaxın döyüş üçün istifadə olunan AİM-9 Sidewinder raketi ilə elə vurdular ki, pilotlar və yerdən hava nəzarəti xidməti nə baş verdiyini görə bilmədilər və xeyli sonradan anladılar.

RUSİYA NÜVƏ DÖVLƏTİDİR. ANCAQ UNUTMAYAQ Kİ...

Türk dəniz qüvvələri Rusiyanın Aralıq dənizi və Qara dənizdə olan donanma qüvvələrindən həm kəmiyyət, həm keyfiyyət baxımından qat-qat üstündür. İrimiqyaslı regional münaqişə başlyarasa türklər ABŞ və NATO-nun köməyi olmadan da rus hərbisinin öhdəsindən gələrlər, hər nə qədər itkilər olsa da. S-400 “Triumf” kompleksləri əlbət də müasir və güclü sistemlərdir, ancaq ona strateji dərinliklər lazımdır.

Qurudan ciddi müdafiə sistemi olmadan, cəbhənin çox yaxınlığında bu sistemlərin yerləşdirilməsi məqsədəuyğun deyil. Türk quru qoşunları Suriya sərhəddini keçib cəmi 2 saat ərzində “Hmeymim” bazasını ələ keçirə və S-400 komplekslərini hərbi qənimət kimi götürə bilərlər.

Rusiya nüvə dövlətidir. Ancaq unutmayaq ki, türklərin İncirlik bazasında ABŞ-a məxsus 40 ədəd B1 nüvə bombası hazır vəziyyətdədir və bunlar məhz Rusiyanın nüvə müharibəsi başlatdığı halda əks-zərbə vurmaq üçündür.
Bəlkə bir az yavaşlayaq, məsələni geri dönüşsüz həddəcən böyütməyək, çevrilib “türk xəncərini” kürəyimizdən çıxaraq, məsələni danışıqlarla həll edək, ən azından türkmənləri bombalamayaq?

Sayta hazırladı: Ruslan Köçərli

XS
SM
MD
LG