Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:14

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
17:30 9.5.2014

MARİUPOLDA DRAMATİK HADİSƏLƏR DAVAM EDİR

Şəhərin Rusiyameylli vətəndaşları yenə də tanış taktika istifadə edirlər. Ukrayna hökumət qüvvələrinin hərbi texnikasının qarşısını mülki adamlar kəsir, sonra da "yaşıl adamcığazlar" peyda olaraq texnikanı ələ keçirir. Lakin YT-da yayılan bu həvəskar videodan görünür ki, Ukrayna hərbçiləri də artıq hadisələrdən dərs almağa başlayırlar.
Mariupol sakinləri BMP-ni saxlamaq istəyir
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Mariupol qarşıdurması haqda AzadliqRadiosu Rusiya xidməti yazır ki, saat 12 radələrində silahlı separatçılar (onlar özlərini Donetsk xalq respublikasının nümayəndələri adlandırırlar) şəhər daxili işlər idarəsinin binasına hücum edərək silah ələ keçirməyə cəhd ediblər. Onlara müqavimət göstərən polis əməkdaşları ilə atışma baş verib. Polis əməkdaşları binanın 3-cü mərtəbəsinə qədər sıxışdırılıb. Bu zaman onların köməyinə Ukrayna silahlı qüvvələrinin xüsusi dəstələri və hərbi texnika gəlib. Ukrayna və Rusiya mənbələri hadisələr haqda fərqli məlumat, ölən və yaralananlar haqda müxtəlif rəqəmlər gətirirlər. Russia Today kanalının redaktoru Margarita Simonyan öz mikrobloqunda yazır ki, telekanalın ştatdankənar müxbiri yaralanıb.

Mariupolda və Ukraynada hadisələrin gedişini bizim bloqda izlə
18:27 9.5.2014
Putin Rusiyadan kənarda yaşayan rusdilli əhalinin müdafiəsi haqda danışır. "Putin rus şovinizmini Rusiyanın siyasətinin əsasına çevirir" - bunu Rusiyanın yeni siyasətini şərh edən Dövlət Katibinin keçmiş müavini Strobe Talbott deyir. Economics isə dünyanın Putinin məntiqi ilə qurulan xəritəsini çəkir

Portuqaliya - Brazilyaya müdaxilə edə bilər.
İspaniya - Latin Amerikası ölklərinin əksəriyyətinə
İsveç - Finlandiyanın bir hissəsinə
İngiltərə isə - ABŞ-a

Ətraflı xarici mətbutaın icmalında
18:45 9.5.2014

AzadliqRadiosu Ukrayna daxili işlər naziri Arsen Avakova istinadən xəbər verir ki, Mariupolda 60-a yaxın yaraqlı şəhər daxili işlər idarəsinin binasına hücum edib. Binanı mühafizə edən polislərə Milli Qvardiya və "Azov" xüsisi təyinatlı milis dəstəsi köməyə gələndən sonra 20 terroçu məhv edilib, 4-ü isə həbs olunub. Yerdə qalanlar qaçaraq ətraf binalarda gizlənib. Ətraflı burada

Davamı

XS
SM
MD
LG