Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:02

Kremldən 'Bayraktar' açıqlaması


Ukrayna 2019-cu ilin əvvəlində Türkiyədən Bayraktar TB2 alışı üzrə saziş imzalayıb

Türkiyənin Ukraynaya hücum dronları satmaq qərarından Rusiyanın narahatlığı özünü doğruldur, Türkiyə dronları Ukraynanın şərqində sabitsizlik riski yaradır. “Reuters”in məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Oktyabrın 26-da Ukrayna hökumət qüvvələrinin ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıların mövqeyinə Türkiyə istehsalı Bayraktar TB2 dronu ilə uğurlu zərbə endirməsi haqda xəbər yayılıb.

Zərbənin mümkün səbəbi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Bayraktar-ın zərbə anının videosunu da yayıb. Dron zərbəsiylə qarşı tərəfin bir artilleriya qurğusunun məhv edildiyi bildirilir.

Donbasda separatçıların açdığı atəşdən Ukrayna silahlı qüvvələrinin bir üzvünün öldürüldüyü, daha birinin yaralandığı qeyd olunur. "BBC" dron zərbəsinin də bu atışmaya cavab olaraq endirilməsi ehtimalından yazır.

Bayraktar TB2 Türkiyənin əməliyyat-taktiki pilotsuz uçan zərbə aparatıdır. O, dörd raketlə havada 12-24 saat qala, məsafədən 8 km-dək hədəfi vura bilir. Dronu “Bayrak Makina” şirkəti istehsal edir.

Ukrayna 2019-cu ilin əvvəlində Türkiyədən Bayraktar TB2 partiyalarının alışı üzrə saziş imzalayıb.

Azərbaycan da ötən il 44 günlük 2-ci Qarabağ müharibəsində Bayraktar TB2 dronlarından geniş istifadə edib, bu dronlarla qarşı tərəfin dağlıq ərazilərdə yerləşdirilmiş yer-hava sistemlərini vurub. Əməliyyatlar nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa elədi. Amma 10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.

XS
SM
MD
LG