Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Ukrayna hücum edən bütün dronları vurduğunu deyir


İran istehsalı Şahed-136 dronunun qırıntıları
İran istehsalı Şahed-136 dronunun qırıntıları

Dekabrın 30-da gecə Ukraynanın bir neçə vilayəti Rusiya dronlarının hücumuna məruz qalıb.

Kiyev, Dnepropetrovsk, Zaporojye, Kirovoqrad və Çerkask vilayətlərinndə hava həyəncanı siqnalları səslənib.

Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba deyib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri enerji obyektlərini hədəfləyən dron hücumunu dəf edə bilib.

Kuleba əlavə edib ki, ilkin məluamtlara görə hər hansı vurulan hədəf qeydə alınmayıb.

Vostok hərbi hava komandanlığının məlumatına görə Ukrayna ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərində Rusiyanın çox sayda dronunu vurub.

Dneprin yatağında

Bu arada Ukraynanın hərbi-hava qüvvələri dekabrın 30-da gecə İran istehsalı olan Şahed-136/131 dronlarının hücumunu dəf etdiyini bildirir:

“Düşmən Ukraynanın hava hücumundan müdafiə sistemindən yayınmaq üçün Dnepr çayının yatağından istifadə etməyə çalışıb. Amma 16 dronunun hamısı vurulub”.

Kiyevə son hücum zamanı Rusiya qüvvələri 70 raket buraxıb. Bunlardan 54-nün Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu xəbər verilir.

Rusiya bu hücum zamanı havadan və dənizdən qanadlar raketlər atıb, habelə Ukrayna obyektlərini adətən təyyarələrə qarşı işlədilən S-300 və S-400 sistemlərindən atəşə tutub.

Ukraynanın enerji naziri German Qaluşenka deyib ki, raket zərbələri nəticəsində bir sıra vilayətlərdə elektrik və enerji obyektlərinə ziyan dəyib.

Zelenski: “Azacıq irəliləyirik”

Rusiya oktyabrın ortalarından Ukraynanın enerji infrastrukturuna müntəzəm hava zərbələri endirir.

Bunun nəticəsində Ukraynada zədələnməyən enerji obyekti qalmayıb.

Kiyev mülki infrastruktura zərbələr endirilməsini hərbi cianyət adlandırır, Moskva isə bildirir ki, bu zərbələr Ukrayna hərbçilərinin hərəkətlərinə cavabdır.

Yeri gəlmişkən Ukrayna hərbçilərinin hərəkətləri nəticəsində Luhansk vilayətində Novoselovskoye qəsəbəsinin Rusiya işğalından azad oldunduğu xəbər verilib.

Ukrayna prezidenti dekabrın 30-da özünün ənənəvi gecə müraciətində deyib ki, Donbasda ağır döyüşlər davam edir:

"Əsas hədəf Donbasdır. Orada ən ağır döyüşlər gedir. Baxmutda, Soledarda və Kremennayada...Nə isə xətti saxlayırıq. Cəbhənin elə yerləri də var ki, azacıq irəli gedirik”.

XS
SM
MD
LG