Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:16

ABŞ Ukraynaya daha 4 HIMARS göndərib


HIMARS (High Mobility Artillery Rocket Systems) yaylım atəşli raket sistemləri
HIMARS (High Mobility Artillery Rocket Systems) yaylım atəşli raket sistemləri

Adının çəkilməsini istəməyən rəsmi deyib ki, beləliklə Ukraynanın sahib oluğu HIMARS sistemlərinin sayı 12-ə çatıb

Birləşmiş Ştatlar bildirib ki, yeni 400 milyon dollarlıq silah paketi çərçivəsində Ukraynaya daha çox uzaqvuran zenit raket sistemləri və sərrast atan artilleriya qurğuları veriləcək.

Yeni paketə 4 HIMARS (High Mobility Artillery Rocket Systems) yaylım atəşli raket sistemləri daxildir.

Bu barədə məlumatı iyulun 8-də Pentaqonun vəzifəli rəsmisi verib.

Adının çəkilməsini istəməyən rəsmi deyib ki, beləliklə Ukraynanın sahib oluğu HIMARS sistemlərinin sayı 12-ə çatıb.

Bu da xəbər verilir ki, ABŞ bu sistemləri Ukraynaya Kiyev onlarla Rusiyanın ərazisini vurmayacağına dair zəmanət verdikdən sonra təchiz etmək qərarına gəlib.

Ukrayna bu sistemlərdən Rusiya qüvvələrinin silah anbarları kimi hədəflərini uzaq məsafədən vurmaq üçün istifadə edir.

Rəsmi bildirib ki, bu sistemlərdən Ukrayna ərazisindən kənarı vurmaq üçün istifadə olunmayıb.

Onun sözlərinə görə Ukrayna qüvvələri bu sistemlərdən Ukrayna ərazisindəki Rusiya qüvvələrini cəbhə xəttinin dərinliyində vurmaq üçün uğurla istifadə edirlər.

Bu zərbələr nəticəsində Rusiyanın artilleriya zərbələri endirmək potensialına ciddi ziyan vurulub.

Rusiya qüvvələrini yavaşıtmaq mümkün olub

Həmin rəsmi bunu da deyib ki, ukraynalılar HIMARS sistemlərindən istifadə etməklə Rusiya qüvvələrinin irəliləmə tempini əhəmiyyətli dərəcədə pozublar.

Onun sözlərinə görə Rusiya qüvvələri bu yazınlarda Ukraynanın şərqində azacıq irəliləyərək bir neçə məntəqəni ələ keçirə bilib, lakin bu onlara böyük itkilər hesabına başa gəlib.

Rusiya Müdafiə Nazirliyi iyulun 3-də bəyan etmişdi ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki Luhansk vilayətini tamamilə nəzarətə alıb.

Ukrayna hərbiyyəsi bu vilayətdə sonuncu istehkam olan Lisiçansk şəhərindən geri çəkildiyini təsdiqləyib.

Ukrayna komandanlığı bildirir ki, onun üçün prioritet əsgərlərinin salamat qalmasıdır.

İyulun 8-də Ukrayna prezidenti Volodimir Zelenski Qərbi daha çox ağır silahlar göndərməyə çağırıb.

Onun sözlərinə görə Rusiya qarşısındakı yaşayış məntəqələrini xəritədən silərək irəliləyir.

Ukrayna hərbiyyəsi bəyan edib ki, kafi sayda HIMARS, SPG kimi silahlarla Rusiya qüvvələrinin qarşısını almaq və əks-hücuma keçmək mümkün olacaq.

Beləliklə ABŞ ötən avqustdan bəri Ukraynaya 15-ci hərbi yardım paketini göndərib.

XS
SM
MD
LG