Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:04

'Ukraynada çox ağır küçə döyüşləri olacaq'


Kiyev, 23 mart, 2022-ci il
Kiyev, 23 mart, 2022-ci il

“Rusiya Ukrayna şəhərlərinə girmək istəmir, amma buna məcbur qalacaqlar, şəhərlərə girəndə ağır itkilər verəcəklər. Çox ağır şəhər döyüşləri olacaq”

Rusiyanın Ukraynada bir sıra şəhərlərə endirdiyi raket zərbələri xarabalıqlar “yaradıb”, Mariupol və Xarkov kimi şəhərlər davamlı artilleriya və raket atəşinə tutulur.

Ukrayna qüvvələri bəzi yerlərdə əks-hücumlara keçir. Rusiya isə cavabında uzaq məsafədən şəhərləri bombardman edir. Bir aylıq müharibə bir çoxlarının yeməksiz, işıqsız, susuz qalmasına səbəb olub.

Son həftələr gördüyümüz təkrarlanacaq

AzadlıqRadiosu-nun müxbiri Reyd Stendiş təhlilçilərin uzunmüddətli döyüşlər gözlədiyini, müharibənin şəhər səviyyəsinə keçəcəyəni proqnozlaşdırdığını yazır.

ABŞ Xüsusi Qüvvələrinin ehtiyatda olan polkovniki, Madison Siyasət Forumunun icraçı direktoru Liam Kollinz Ukrayna Müdafiə Nazirliyinə hərbi islahatlarda tövsiyələrini verib. O, radioya müsahibəsində müharibədə pat vəziyyətinin yarandığını deyir.

“Kiçik irəliləyişlər olacaq, Ukrayna buna əks-hücuma keçəcək. Ancaq fikrimcə, son həftələr gördüyümüz gələcəkdə təkrarlanacaq, Rusiya qüvvələri bir şəhərin ətrafındadır, nisbətən təhlükəsiz mövqedədir, şəhərlərə artilleriya zərbələri endirirlər”, – o deyib.

Təchizat azalır

Rusiya qüvvələrinin ərzaq və sursatının tükənməsi haqda Ukrayna rəsmilərinin iddialarına gəlincə, Kollinz deyir ki, rusiyalıların təchizatı gözləntilərindən daha tez azalır. Çünki onlar qısamüddətli əməliyyat planlaşdırırdılar, üstəlik, rusiyalıların bir çox Qərb orduları kimi güclü logistik sistemləri yoxdur.

Rusiya qüvvələri Kiyev ətrafında qalır, Mariupol və Xarkov isə intensiv bombardman edilir. “Şəhər döyüşlərimi başlayır və belədirsə, bu, müharibəni necə dəyişir?” – müxbirin bu sualına cavabında Kollinz deyir ki, Rusiya qüvvələri şəhər ətrafında daha təhlükəsiz mövqedədir və şəhəri artilleriya və raket atəşinə tuturlar. Amma şəhərə girəndə təkcə Ukrayna silahlı qüvvələri ilə deyil, həm də onminlərlə könüllü ilə üzləşirlər.

“Ona görə də Rusiya Ukrayna şəhərlərinə girmək istəmir, amma buna məcbur qalacaqlar, şəhərlərə girəndə ağır itkilər verəcəklər. Çox ağır şəhər döyüşləri olacaq”, – o vurğulayır.

Stoltenberq: Rusiya məsuliyyətsiz nüvə ritorikasına son qoymalıdır
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

İslahatların rolu

Kollinz Ukrayna ordusundakı islahatları vacib sayır. 2014-cü ildə zəif olan Ukrayna ordusunun döyüş qabiliyyəti də aşağı idi. Ancaq Donbasda müharibə getdiyi vaxt orduda da əhəmiyyətli islahat aparıldı.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək Donbasda separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 14 minədək insan həlak olub.

“Onlara Javelin antitank raketlərinin, Stinger raketlərinin də köməyi dəydi. Ukrayna müdafiə isteblişmentində mədəni dəyişiklik oldu, daha aşağı səviyyəli liderlərə, ABŞ-dakı kimi döyük tapşırığını idarə etmək səlahiyyəti verildi...”, – ehtiyatda olan polkovnik vurğulayır.

Proses uzun çəkəcək

Strategiya, silahlar, taktika müharibənin gedişini dəyişə bilərmi? Kollinzin fikrincə, hazırda Rusiya Prezidenti Vladimir Putinin itkiylə geri çəkilməsi istisna olunur. Ukraynalılar isə kapitulyasiya edən deyillər:

“Onlar suverenlikdən əl çəkərək Rusiyanın peykinə çevrilməyəcəklər və buna görə də müharibə uzanacaq. Məncə, bu müharibəni tez bitirəcək bir şey yoxdur və bunun uzun, uzun bir proses olacağı gözləyirəm”.

Kollinz Javelin və digər antitank raketlərin Rusiya texnikasını effektli şəkildə sıradan çıxardığını vurğulayır.

“Rusiyalılar müəyyən hava üstünlüyü qazansa da, bunu uzun müddət saxlaya bilməzlər, çünki Ukraynanın əlində Qərbin verdiyi antihava gücü var, bu da Rusiyanın uçmaq bacarığını əngəlləyir”, – o deyir.

XS
SM
MD
LG