Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Ukrayna Rusiya muzdlularına ağır zərbə vurduğunu bildirir


AzadlıqRadiosu yazır ki, raket zərbələrinin ardınca yayılmış fotoşəkillərlə Wagner muzdlularının qərargahının ünvanını dəqiqləşdirmək mümkün olub.
AzadlıqRadiosu yazır ki, raket zərbələrinin ardınca yayılmış fotoşəkillərlə Wagner muzdlularının qərargahının ünvanını dəqiqləşdirmək mümkün olub.

Xəbərdə deyilir ki, bazaya zərbə Ukraynaya ABŞ tərəfindən verilmiş HIMARS  yaylım atəşli zenit raketləri ilə endirilib. Bu, Mironovskaya küçəsi 12 ünvanıdır

Rusiyalı hərbi müxbir Yuri Kotyonok Ukraynada Luhansk vilayətinin rusiyayönlü separatçıların nəzarətində olan Popasnaya şəhəri yaxınlığında Wagner özəl hərbi şirkətinin birləşmələrindən birinə zərbə endirildiyini xəbər verir.

Burada hərbi bazanın tamamilə dağıdılması barədə məlumatı bir neçə Rusiya Telegram kanalları yayıblar. Bunların arasında “Reverse side of the medal” adlı Telegram-kanal da var. Wagner şirkəti muzdlu əsgərlər toplanmassı üçün elanlarını bu kanalda yerləşdirir.

Kotyonokun verdiyi xəbərdə deyilir ki, bazaya zərbə Ukraynaya ABŞ tərəfindən verilmiş HIMARS yaylım atəşli zenit raketləri ilə endirilib.

Avqustun 15-də səhər Luhansk vilayətinin başçısı Sergey Qayday da bu xəbəri təsdiq edib.

Fotolar nə deyir?

AzadlıqRadiosu yazır ki, raket zərbələrinin ardınca yayılmış fotoşəkillərlə Wagner muzdlularının qərargahının ünvanını dəqiqləşdirmək mümkün olub. Bu, Mironovskaya küçəsi 12 ünvanıdır.

Bundan əvvəl avqustun 8-də başqa bir hərbi müxbir Serhey Sredanın dərc etdiyi fotolar da bu ünvanı göstərirdi.

Onun sosial şəbəkələrdə yerləşdirdiyi postda yazılmışdı:

“Popasnayaya gəldim, Wagner şirkətinin qərargahına baş çəkdim. Öz doğmaları kimi qarşıladılar və bir neçə maraqlı əhvalat danışdılar”.

Müxbir bu postla birlikdə bir neçə fotoşəkil də yerləşdirib.

“Putinin aşpazı” da orda olub?

AzadlıqRadiosunun ehtimalına görə Sreda ora baş çəkərkən böyük bir ehtimalla Yevgeni Priqojin də orda olub.

“Putinin aşbazı” ləqəbi ilə tanınan oliqarx Priqojin bəzi məlumatlara görə Wagner özəl hərbi şirkətinin sahibidir.

Hərbi müxbir sonradan bu postu internetdən silib.

Bu yaxınlarda biznesmenə aid Konkord firmasının mətbuat xidməti Priqojinin Luhansk vilayətinə səfər etməsini xəbər vermişdi.

Priqojinin özü qərargahda çəkilmiş fotoları dərc etmişdi.

Bundan əvvəl xəbər verilirdi ki, muzdlu əsgərlərin toplanması ilə Priqojin şəxsən məşğul olur və bu məqsədlə Rusiya regionlarındakı bir neçə islah-əmək koloniyasına baş çəkib.

Telegram-da dərc olunmuş videolardan birində sözü gedən zərbə zamanı yaralanmış əsgərin maşına qoyulduğu görünür.

AzadlıqRadiosu bu videonun da çəkildiyi yeri müəyyənləşdirə bilib. Video zərbəyə mnəruz qalmış bazanın yanındakı binadan çəkilib.

Amma bəzi ekspertlər deyirlər ki, bazanın məhv edilməsinə dair xəbər qurama ola bilər.

Məsələn Conflict Intelligence Team qrupundan Ruslan Leviyev bu qənaətdədir.

Wagner özəl hərbi şirkəti qeyri-rəsmi hərbi birləşmədir, lakin Müdafiə Nazirliyinin balansına daxil edilməyib.

Lakin çoxsaylı jurnalist araşdırmaları Rusiyanın bu muzdlulardan Suriya və Ukraynada istifadə etdiyini göstərib.

Wagner Ukraynada döyüşən ən qabiliyyətli birləşmə hesab olunur.

XS
SM
MD
LG