Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:51

'Qaçqın olmaq istəmirəm'. Ukraynalı qadınların hekayəti


Qaçqınlar Ukrayna-Polşa sərhədində
Qaçqınlar Ukrayna-Polşa sərhədində

Rusiyanın Ukraynaya hücuma başlamasından bəri yüz minlərlə insan Ukraynanı tərk etməli olub. Minlərlə insan Çexiyaya gedib. Onlardan bəziləri ölkənin əsas futbol komandalarından biri olan "Slavia Praha" komandasının yataqxanasında müvəqqəti yerləşib.

Olha Drahan Kiyevdən 80 kilometr cənubda yerləşən Bila Tserkva şəhərciyində yaşayırdı. Rusiya hərbçiləri bu ərazini bombardman edərək evləri və küçələri xarabalığa çeviriblər.

Rusiyanın hücumundan sonra 1 milyondan çox insan Ukraynanı tərk etməli olub. Bir çoxları bunun Avropanın İkinci Dünya müharibəsindən bəri gördüyü ən böyük qaçqın dalğası ola biləcəyindən narahatdır.

Drahan 13-yaşlı qızı və bacısı ilə birlikdə fevralın 27-si evini tərk edib və üç gün yol gedərək palçıqlı yollarla, bir neçə qatar və şəxsi maşın dəyişərək, nəhayət, Praqaya çatıb.

Yaşayış icazəsi üçün müraciət edən ukraynalı qaçqınlar Praqada polis bölməsi qarşısında
Yaşayış icazəsi üçün müraciət edən ukraynalı qaçqınlar Praqada polis bölməsi qarşısında

İnformasiya vakuumu

Dünya Rusiya qoşunlarının get-gedə daha da qəddarlaşan hücumlarını qorxu və həyəcanla izləyir. Rusiya hərbçiləri mülki əhalini, o cümlədən xəstəxana və məktəbləri hədəf alır. Artıq martın 2-də Ukrayna Fövqəladə Hallar Xidməti 2 mindən çox mülki vətəndaşın qətlə yetirildiyini bildirirdi.

Polşa sərhədindən Praqaya gedib çıxmağın çox baha başa gəldiyini deyən Drahan özü ilə yalnız içində sənədlər və ən zəruri əşyaların olduğu kiçik çamadan apara bilib. Əri və yaşlı anası isə Bila Tserkvada qalıb. Artıq xəyal kimi görünən sülh şəraitində birja brokeri olan 24-yaşlı oğlu isə Kiyevdə qalıb minlərlə digərləri kimi şəhəri Rusiya hücumundan qoruyan könüllülərə qoşulub.

Rusiyanın on kilometrlərlə uzanan qoşun və hərbi texnikası Kiyev həndəvərində dayanıb. Bir çox ukraynalı kimi, Drahanın da Rusiya ilə bağları var. Bacısı Soçidə, qardaşı isə Çitada yaşayır.

Onlar Drahanın doğma şəhərciyində baş verənlər haqda dediklərinə inanmırmışlar. Drahan Rusiyada bir çoxlarının informasiya vakuumu şəraitində yaşadığını deyir. Burada dövlət mediası Ukraynanı aqressor kimi qələmə verir, Moskvanın hərəkətlərinə isə haqq qazandırır.

Fransadakı evində qaçqınları qonaq edən professor
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

1968-ci ilin xatirəsi

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Çexiyaya SSRİ-nin Çexoslovakiyaya 1968-ci il hücumunun dəhşətlərini yenidən yaşadır. Ölkə müharibəyə tez reaksiya verənlər arasında olub. Çexiya həm Moskvaya qarşı sanksiyalar tələb edib, Kiyevə həm hərbi, həm də humanitar yardım əlini uzadıb.

Çexiyada əvvəldən də 200 minlik ukraynalı icması yaşayırdı. Rusiya hücumu başlayandan bəri minlərlə ukraynalının bu ölkəyə sığındığı deyilir.

Müharibə başlayanda 35-yaşlı Oksana Malyuta, əri və iki oğlu Qərbi Ukraynada, Rivnenin cənubundakı yeni mənzillərinə təzə-təzə yerləşirdilər. İndi o, 10- və 15-yaşlı oğulları ilə birlikdə Polşa ərazisindən keçərək Çexiyaya gedib. Əri isə vətəni qorumaq üçün Ukraynada qalıb.

"Əladır. Biz çarpayıda yatırıq! Hücumun ilk üç günü biz binamızın bombalanmasından qorxub onun zirzəmisində yatırdıq", – o deyir. Onların şəhərciyi Belarusun cənubundan cəmi 160 kilometrlik məsafədədir. Belarusun avtoritar lideri Aleksandr Lukaşenko isə Rusiya qüvvələrinin hücumlar üçün ölkəsinin ərazisindən istifadə etməsinə şərait yaradıb.

Həftə ərzində Ukraynadan Avropaya 1 milyon qaçqın gəlib
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Günahkar kimdir

Yataqxanada qalan Lyubov Padskay adlı başqa bir qadın Qərbi Ukraynadan təqaüdçüdür. O, hücumların başlanmasından bir gün sonra, fevralın 25-də sərhədi tək keçərək Çexiyaya gedib. Yolun bir hissəsini piyada getməli olan Padskay Praqaya beş günə çatıb.

68-yaşlı Padskay baş verənlərə görə rus xalqını deyil, Putini günahlandırır.

6- və 8-yaşlı iki qızı ilə Çexiyaya pənah gətirmiş 50-yaşlı Vitaliya Sıçova isə cəmi iki həftə əvvəl avtomobil sığortası agenti idi. "Mən qaçqın olmaq istəmirəm. İşləmək istəyirəm. Evə getmək istəyirəm", – o deyir.

XS
SM
MD
LG