Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Blinken: Ukrayna öz ərazilərini azad etmək haqqına malikdir


Saxta referenduma etiraz aksiyası, Kiyev
Saxta referenduma etiraz aksiyası, Kiyev

Müşahidəçilər səsvermədən sonra gözlənənlərin artıq bəlli olduğunu, 2014-cü ildə Krımın ilhaqı ssenarisinin təkrarlanacağını deyirlər

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 27-də bəyan edib ki, Qərb dövlətləri Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını heç vaxt tanımayacaqlar və Ukraynanı ərazilərinin geri qaytarılması uğrunda mübarizədə dəstəkləyəcəklər.

Blinken Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla birgə mətbuat konfransında deyib:

"Mən habelə vurğulayıram ki, Ukrayna öz ərazisinin müdafiəsi, o cümlədən bu və ya digər şəkildə Rusiya tərəfindən qanunsuz zəbt edilmiş torpaqlarını geri qaytarmaq haqqına malikdir”.

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Dövlət katibi habelə prezident Co Baydenin belə bir bəyanatını səsləndirib ki, Rusiya üzərinə Ukraynada keçirdiyi qondarma referendumlara görə əlavə sərt sanksiyalar qoyulacaq:

"Rusiya Ukraynaya soxulub, ərazini zəbt edib və bu ərazilərdən əhalinin bir hissəsinin çıxarılması da daxil özünün şeytani sxemini həyata keçirir”.

Blinken vurğulayıb ki, Rusiya işğal olunmuş ərazilərdən əhalinin bir hissəsini deportasiya edir və bu adamların bəziləri sadəcə olaraq yox olurlar.

Blinkenin sözlərinə görə Rusiya bundan sonra burada oyuncaq hökumətlər qurur və bu torpaqları Rusiya ərazisi elan etmək üçün qondarma referendumların nəticələri ilə manipulyasiya edir.

Ukraynada keçirilən referendumların ara nəticələri elan edilib

Rusiya Ukraynadakı qondarma DXR və LXR-də, habelə işğal etdiyi Xerson və Zaporojye vilayətlərində bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün keçirdiyi referendumların ilkin nəticələrini açıqlayıb.

Ukrayna, ABŞ və başqa ölkələr dəfələrlə bildiriblər ki, bu referendumların nəticələrini tanımayacaqlar.

Referendumların nəticələrinin tanınmayacağını habelə Böyük yeddilərin G7 qrupunun liderləri də bəyan ediblər.

Xəbər verilir ki, protokolların 91 faizinin işlənməsindən sonra Xerson vilayətində bölgənin Rusiya Federasiyasına birləşdirilməsinə seçicilərin 96, 8 faizi səs verib.

İlqar Məmmədov: 'Bizim Qərbi Zəngəzurda gözümüz yoxdur, amma...'
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Zaporojye vilayətində bülletenlərin 90 faizinin nəticələrinə görə regionun Rusiyaya birləşdirilməsinə seçicilərin 97.80 faizi tərəfdar olub.

Qondarma “Luhansk Xalq Respublikasında” səslərin 62, 84 faizinin sayıldığı bildirilir. Burada seçicilərin 98.69 faizi bölgənin Rusiyanın tərkibinə daxil olmasına səs verib.

Qondarma DXR-də səslərin 59.30 faizi sayılb və Rusiya ilə birləşməyə seçicilərin 97.98 faizi tərəfdar olub.

Sizcə, müharibə bitib, ya davam edir? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Referendumların son nəticələri hələ elan edilməyib, lakin Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası bildirib ki, qondarma LXR, DXR, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsi məsələsinə oktyabrın 4-də baxılacaq.

Dövlət Dumasının Şurasında isə bildiriblər ki, sözü gedən ərazilərin Rusiya Federasiyasına birləşdirilməsinin müddət və prosedurları sentyabrın 28-də müzakirə olunacaq.

***

Sentyabrın 27-də Ukraynanın qismən işğal olunmuş regionlarının Rusiya Federasiyasına birləşdirilməsi üzrə qondarma referendumların son günüdür.

Ukrayna, Qərb və BMT bu referendumları beynəlxalq hüquqa uyğun olmadığını deyərək qurama, saxta adlandırıb.

Səsvermə Luhansk, Donetsk, Xerson və Zaporojye vilayətindən Rusiyanın nəzarətində olan hissələrində təşkil olunub.

Qərb nəticələri tanımayacaq

Qərb bu səsvermənin BMT xartiyasına zidd olduğunu deyir, nəticələri tanımayacağını bildirir. Ukrayna isə sentyabrın 27-də referendumla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb.

ABŞ Prezidenti Co Bayden deyib ki, səsvermə “qurama”dır, “Ukraynanın hissələrini güclə ilhaq etmək cəhdi üçün saxta bəhanə”dir.

Sözügedən vilayətlərə Moslvanın təyin etdiyi liderlər ilkin nəticələrin bu gün axşama, yaxud sonrakı günlər bilənəcəyini deyiblər.

Bundan sonra Rusiyada deputatlar dörd ərazinin ilhaqını səsverməyə çıxaracağı, sonra isə Prezident Vladimir Putinin nəticələri imzalayacağı gözlənir.

Bir çox hallarda seçki rəsmiləri səsvermə qutularını Rusiya hərbçilərinin müşayiətilə evlərə aparıblar. Rəsmilərin sözlərinə görə, səsvermə məntəqələri təhlükəsizlik səbəblərindən yalnız sentyabrın 27-də açıq olacaq.

Britaniya Müdafiə Nazirliyinin sentyabrın 27-də bildirdiyinə görə, Putin sentyabrın 30-da parlamentə müraciətində Ukraynanın işğal olunmuş vilayətlərinin Rusiyaya ilhaqını elan edə bilər.

Tələskənliyin səbəbi

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya bu ay Ukraynanın həm şərqində, həm də cənubunda ciddi geriləmə yaşayıb. Müşahidəçilərin fikrincə, Putin bu səbəbdən əldə etdiyi mövqeləri möhkəmləndirməyə tələsir.

Müşahidəçilər səsvermədən sonra gözlənənlərin artıq bəlli olduğunu, 2014-cü ildə Krımın ilhaqı ssenarisinin təkrarlanacağını deyirlər.

Putinin ölkədə qismən səfərbərlik elan etməsi isə etirazlara səbəb olub, minlərlə rusiyalı kişi qonşu ölkələrə qaçıb.

Sentyabrın 26-da Britaniya hökuməti 92 rusiyalı fərdi və qurumu səsvermədəki müxtəlif rollarına görə sanksiya siyahısına salıb.

XS
SM
MD
LG