Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:44

Ukraynaya ağır raket zərbələri endirilib, çox sayda ölən var


Amstor ticarət mərkəzi zərbədən sonra
Amstor ticarət mərkəzi zərbədən sonra

Vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin ən azı 10 nəfərin həlak olduğunu, 40-dək insanın yaralandığını deyib

Ukrayna hökuməti xəbər verir ki, iyunun 27-də Rusiya silahlı qüvvələri Poltava vilayətinin Kremençuq şəhərinə ağır raket zərbələri endirib.

Hökumət raket zərbələrinin nəticələrini əks etdirən çoxsaylı foto və videolar yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin ən azı 10 nəfərin həlak olduğunu, 40-dək insanın yaralandığını deyib.

Raketin düşdüyü Amstor ticarət mərkəzi tamamilə yanıb.

Kremençuq şəhərinin meri Vitali Maletski deyib ki, raket zərbəsi ilə “hərbiyyə ilə heç bir əlaqəsi olmayan” obyekt, həm də ən izdihamlı vaxtında vurulub.

Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalda bu hücum barədə yazıb:

"Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürməyə çalışırlar, qurbanların sayını təsəvvür etmək belə çətindir. Bu obyektdə Rusiya hərbçilərinə heç bir təhlükə yox idi. Buranın heç bir strateji əhəmiyyəti də yox idi. Bu insanların normal həyatını pozmaq məqsədi güdən aktdır. Adamların normal hıəyatı işğalçıları cinlədir”.

Ukrayna rəsmilərinin verdiyi məlumata görə yanğının söndürülməsində 115-dək texnika iştirak edir.

Ukrayna DİN-nin müşaviri Anton Geraşşenko deyib ki, ticarət mərkəzindəki dağıntıların təmizlənməsinə ordu və könüllülər cəlb edilib.

Onun sözlərinə görə xilasedicilər dağıntıların altında qalmış insanları çıxarmağa çalışırlar.

Geraşşneko deyib ki, “onlar buna görə cavab verəcəklər”.

Ukrayna Silahlı Qüvvələrindən bildirilir ki, ticarət mərkəzi Rusiyanın Tu-22 M3 uzaqmənzilli bombardmançı təyyarələri tərəfindən X-22 raketləri ilə vurulub.

Xəbərdə deyilir ki, təyyarələr Kaluqa vilayətindəki Şaykovka aerodromundan qalxıb, raketləri isə Kursk vilayətinin səmasından atıb.

Rusiya hələki bu hücum barədə şərh verməyib.

XS
SM
MD
LG