Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:03

Erdoğan Ukrayna taxılı barədə Putinə nə deyib?


Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Vladimir Putin
Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Vladimir Putin

Erdoğan Putinə deyib ki, BMT-nin Qara dənizdə təhlükəsiz dəhlizlərin yaradılması planının həyata keçirilməsinin vaxtı çatıb

Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri Ukrayna taxılının ixracı ilə bağlı problemi müzakirə etmək üçün BMT nümayəndələri ilə görüşəcəklər.

Ukraynadan taxılın ixracında Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı fasilələr yaranıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də deyib ki, bu görüş iyulun 13-də İstanbulda keçiriləcək.

Bu da xəbər verilir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ukrayna taxılının ixracı məsələsini iyulun 11-də ayrı-ayrı telefon söhbətlərində Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinlə müzakirə edib.

Ukrayna Rusiyanın işğalı altında olan Qara dəniz limanlarının blokadadan çıxarılmasını tələb edir.

Qərb ölkələri də Rusiyadan Ukrayna limanlarının deblokadasını tələb edirlər.

Dünya taxıl istelakının üçdə birini təchiz edən Ukraynadan taxılın çıxarılmasında yaranmış çətinlik qlobal aclıq təhlükəsi yaradıb.

Rusiya taxıl oğurluğunu dayandırmalıdır

Erdoğan Putinə deyib ki, BMT-nin Qara dənizdə təhlükəsiz dəhlizlərin yaradılması planının həyata keçirilməsinin vaxtı çatıb.

O habelə Rusiya prezidentinə deyib ki, müharibənin dayandırılması üçün davamlı və ədalətli sülh barədə danışıqlara ehtiyac var.

Zelenski Twitter-də yazıb ki, o prezident Erdoğanın Ukrayna taxılının ixracına şərait yaradılması istiqamətində səylərini yüksək qiymətləndirir, amma eyni zamanda Rusiya Ukrayna taxılının oğurlanmasına son qoymalıdır.

Bundan əvvəl Rusiya bildirmişdi ki, taxılın limanlardan çıxarılması üçün Ukrayna sahili minalardan təmizləməlidir.

Vladimir Putin isə demişdi ki, Rusiya taxılın ixracına dəstək verməyə hazırdır, amma bunun üçün Moskva üzərindəki sanksiyalar qaldırılmalıdır.

Avropa Komissiyasının rəshbəri Ursula von der Leyen Putinin bu bəyanatını “ərzaq şantajı” adlandırmışdı.

XS
SM
MD
LG