Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Deputat: “Süni qiymət artımı danılmazdır”


Vahid Əhmədov
Vahid Əhmədov

“Mənə verilən məlumatlara görə, son vaxtlar bəzi ərzaq mallarında ucuzlaşma var. Bu da ki, son vaxtlar dollara nisbətdə manatın məzənnəsinin nisbi sabitliyi ilə bağlıdır”.
Bunu deputat Vahid Əhmədov bildirib.
Bununla belə deputat vurğulayıb ki, hələ də, ölkədə süni qiymət artımı qalmaqda davam edir:
“Qiymətləri əsassız olaraq bahalaşdırırlar. Daha sonrasını düşünmürlər ki, insanlar bunu ala biləcək ya, yox? Bu mənada ölkədə süni qiymət artımının olması danılmazdır. Bununla yanaşı, dərmanların qiymətlərində bahalaşma var və bunu qaydasına salmaq lazımdır”.

Fotyo arxiv
Fotyo arxiv


V. Əhmədov hesab edir ki, bu problemləri həll etmək məqsədi ilə xüsusi proqram hazırlanmalı və problemlər kompleks şəklində həllini tapmalıdır.

“Çox yubandılar...”


V. Əhmədov ölkədə texnoparkların durumu barədə də danışıb.
O, xatırladıb ki, texnoparkların yaradılmasına Sumqayıtda, Neftçalada, Mingəçevirdə və Qaradağda başlanıb:
“Qaradağda Bakı Ələt Dəniz Limanının tikilir. Bu nəhəng bir obyektdir. Elə hesab edirəm ki, bu ildə olmasa, 2018-2019-ci illərdə bu tikinti başa çatar. Bu limanın tikintisi ilə yanaşı 200 min nəfərlik bir şəhərin salınması da plana daxildir”
V. Əhmədovun deməsinə görə, hələ, 2004-cü ildə prezident İlham Əliyev hökumətin qarşısına ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələlərini qoyub:
“Bax o zaman, bu işlərə başlanılsa idi, ölkədə indi heç bir maliyyə və ya bahalıq problemi olmayacaqdı. Ancaq devalvasiya başladıqdan, manat məzənnədən düşdükdən, maliyyə problemi yaranandan sonra bununla məşğul olmağa başladılar. Yəni, çox yubandılar, bunları 10 il öncə başlamaq daha əlverişli idi”.

Buna da bax: Sizcə, qiymətlər niyə qalxır ? (Sorğu-VİDEO)

XS
SM
MD
LG