Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:35

Vaksin olunmaq istəyənlərın çoxluğu səhiyyənin saytını çökdürüb


Uelsdə vaksin mərkəzi
Uelsdə vaksin mərkəzi

Britaniya Milli Səhiyyə Sistemi bildirir ki, ötən həftəsonu 750 min nəfər buster vaksini üçün qeydiyyatdan keçib

İngiltərədə COVID-19-dan vaksin olunmaq üçün onlayn qeydiyyatdan keçmək istəyənlərin çoxluğu Milli Səhiyyə Sisteminin internet saytını çökdürüb.

Britaniyanın baş naziri Boris Conson dekabrın 13-də bildirib ki, ötən bazar günü 500 min nəfərdən çox adam vaksin edilmək üçün qeydiyyata alınıb.

Bundan əvvəl baş nazir bildirmişdi ki, bu ilin sonunadək yaşı 18-dən çox olanların üçüncü doza vaksin və ya buster vurdurmasına icazə veriləcək.

Bu arada evdə test olunmaq məqsədilə ləvazimat alınmasını təchiz edən internet saytı da müvəqqəti dayandırılıb.

BBC xəbər verir ki, dekabrın 14-dən COVID xəstəsi ilə təmasda olmuş şəxslərin tam vaksinlənmiş olmasına baxmayaraq gündəlik test olunması məsləhət görülür.

Səhiyyə naziri Sacid Cavid deyib ki, evdə test üçün dəstlərin qıtlığı yoxdur, problem onların ünvanlara çatdırılmasıdır.

İngiltərədə yaşı 30-dan çox olanların vaksin olunması üçün onlayn qeydiyyat dekabrın 13-dən açılıb, yaşı 18-29 arasında olanlar isə artıq dekabrın 15-dən etibarən qeydiyyatdan keçə bilərlər.

Milli Səhiyyə Sistemi bildirir ki, ötən həftəsonu 750 min nəfər buster vaksini üçün qeydiyyatdan keçib.

Bu da xəbər verilir ki, dekabrın 13-də İngiltərənin vaksinləmə mərkəzlərində uzun növbələr yaranmışdı.

Bu arada bildirilib ki, yeni Omikron ştammının geniş yayılması ilə bağlı gündəlik yoluxmaların sayının 200 min nəfərə çatacağı gözlənilir.

Omikronun isə artıq bu həftədən Britaniyada hegemon variant olacağı proqnozlaşdırılıb.

XS
SM
MD
LG