Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:10

Xerson sakini: ‘Qaçmaqdansa, evdə qalmaq yaxşıdır’


Dneprin sol sahilində Rusiya mövqeləri
Dneprin sol sahilində Rusiya mövqeləri

Artıq iki aya yaxındır ki, Xerson şəhəri Rusiya işğalından azad edilib. Ancaq Rusiya ordusunun hücumları səngimək bilmir.

Tamaranın ilin isti aylarını keçirdiyi bağ evi Dnepr çayının qarşı sahilində, qayıqla gediləcək qısa məsafədədir.

“Bizdən qisas alırlar”

Xerson azad edilən zaman ruslar həmin əraziyə çəkiliblər və şəhər üzərinə raket və mərmiləri də buradan yağdırırlar.

Tamaranın qonşusu bu yaxınlarda raket zərbəsi nəticəsində həlak olub.

“Ruslar əvvəlcə Xersonu tutduqları, sonra isə itirdikləri üçün sadəcə bizdən qisas alırlar”, – o deyir.

Noyabrın əvvəllərindən bəri Dneprin şərq sahilinə çəkilən Rusiya qoşunları burada səngərlər, bunkerlər və atəş nöqtələri düzəldiblər.

Rəsmilər deyirlər ki, hücumlar nəticəsində Xerson və ətraf ərazilərdə onlarla mülki vətəndaş qətlə yetirilib. Xersonun cənubunda, çayın deltasındakı adada yerləşən Korabel də bu ərazilərdən biridir.

Rusiyadan Ermənistana miqrant axını ölkədə iqtisadi dönüşə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

“Səni hansı bomba sığınacağı xilas edəcək?”

Tamara kimi Korabel sakini olan İhor AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, tezcə dükana getmək istəyən bir nəfər artilleriya atəşində həlak olub.

"Sol sahildən sağ sahilə qədər məsafə 2-3 kilometrdirsə, səni hansı bomba sığınacağı xilas edəcək? Bizim burada heç həyəcan sirenamız da yoxdur. Onlar atanda tələsib çölə çıxmaqdan və qaçmaqdansa, evdə qalmaq yaxşıdır”, – o danışır.

Dekabrın 24-də, Milad günü Rusiya ordusu Xersonun mərkəzi hissəsini artilleriya atəşinə tutub. 16 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Ukrayna rəsmilərinin məlumatına görə, yanvarın 1-nə keçən gecə Rusiya ordusu Xerson uşaq xəstəxanasına yeddi raket atıb. Ölən və yaralanan olmasa da, onlarla uşaq, valideyn və xəstəxana işçisi evakuasiya edilib.

İctimai nəqliyyat işləmir

Hücumdan sonra Ukrayna Prezidenti Volodımır Zelenski Rusiya ordusunu “qorxutmaq və həzz üçün öldürməkdə” ittiham edib.

Korabel rusiyalıların qarşı sahildəki mövqelərinə yaxın olduğundan burada vəziyyət xüsusilə ağırdır. Xerson Şəhər Şurasının məlumatına görə, Korabeldə işıq, istilik və su təchizatı yoxdur. İctimai nəqliyyat işləmir, könüllülərin fəaliyyəti isə raket zərbələrinə görə həyati təhlükə daşıyır.

Xerson rəsmiləri sakinləri evakuasiya olunmağa çağırsalar da, yalnız bir neçə sakin getmək istədiyini deyib. Qalmağa qərar verənlərsə əsasən yeni yerdə yaşamağa pullarının olmadığını və evlərini tərk etmək istəmədiklərini deyirlər.

Korabelin başqa bir sakini Lyudmila eyvanı raket zərbəsindən dağılmış, qırılmış pəncərələri isə folqa ilə örtülmüş evində yaşayır. O, yata bilməsə də, şəhəri tərk etmək fikrində olmadığını deyir.

“Qapının arxasından heç yerə getməyəcəklərini deyirlər”

Şəhərin hərbi administrasiyasının rəhbəri Halına Luhova bölgədə vəziyyətin “çox gərgin” olduğunu qeyd edir. Onun sözlərinə görə, sakinlər heç sosial işçilərə də qapı açmaq istəmirlər.

"Onlar qapının arxasından heç yerə getməyəcəklərini deyirlər və humanitar yardım istəyirlər”, – o söyləyir.

Luhova deyir ki, ərazini istiliklə təchiz edən istixananı ruslar raket zərbələri ilə dağıdıblar. Atəşin fasiləsiz davam etməsi istixananın təmirinə imkan vermir.

Luhovanın sözlərinə görə, şəhər hökuməti evakuasiya olunmaq istəməyən sakinlərin qızınması və cihazlarını, batareyalarını yükləməsi üçün müvəqqəti sığınacaqlar açıb.

Ancaq bu da risklidir. Luhova qeyd edir ki, ən son səfərində maşınının yaxınlığında partlayış olub. "Hara qaçacağımızı bilmirdik. Elə gözlənilməz olur ki. …Reaksiya verməyə vaxtın olmur”, – o deyir.

XS
SM
MD
LG