Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

'Ekspert eyni saatda iki meyit yoxlayıb'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

►Yanan bina işi: "İstintaq bu işə çox qərəzli yanaşıb. Sübut kimi təqdim olunanların əksəriyyəti əsassızdır."

Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmə prosesi başlayıb. İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb – Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov.

Onlardan dördü həbsdədir, digərlərinin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiriseçilib.

Təqsirləndirilən şəxslərdən Miryusif Mahmudov iş materiallarında binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatı istehsal edən "Global Stone" və "GlobalConstuction" MMC-nin təsisçisi, Uğur Bəşirov "Global Stone" MMC-nin baş direktoru, Ələkbər Əsgərov "Global Construction" MMC-nin sədr müavini kimi təqdimolunub. Digər təqsirləndirilənlərdən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi Rayon İcraHakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib.

Nizami Orucov 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Qəzənfər Novruzov isə 2012-2013-cü illərdəBinəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Ağacavad Məmmədov "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexanikixassələrin təyini labarotoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigeyana və Epidemologiya Mərkəzinin baş direktoru olub.

"TANINMIŞ İŞ ADAMI"

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

____________________________________________________________

Bunlara da bax:
'İlham Əliyevə müraciət edib deyirəm ki...'
Rusiyadan Ermənistana gələsi silah ləngiyir

____________________________________________________________

Hazırlıq iclasında Akif Əlibəyovun vəkili vəsatət qaldıraraq deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri yoxdur, ona görə də barəsindəki cinayət işinə xitamverilməlidir.

Miryusif Mahmudovun vəkilləri isə onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər.

Müdafiəçi Şahmar Məmmədov bildirib ki, Miryusif Mahmudovaəsassız ittihamlar verilib:

"Miryusif Mahmudov tanınmış iş adamıdır. Bir çox iş yerlərinin açılmasında əməyi olub. Həmin üzlüklər Türkiyədən hazır şəkildə gətirilib.Burada bütün orqanlardan sertifikat alınıb. Müdafiə etdiyim şəxs prezident tərəfindən "Əməkdar mühəndis" adına layiq görülüb".

“İSTİNTAQ ŞABLONLARLA İŞLƏYİB”

Onun digər vəkili İlhamə Həsənova isə bildirib ki, məhkəməyə təqdim edilən 32 cildlik iş materiallarından yalnız 1-2-si sübut sayıla bilər:

"İstintaq bu işə çox qərəzli yanaşıb. Sübut kimi təqdim olunanların əksəriyyəti əsassızdır. Təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulub. Hadisə baş verən zaman heç yanğın söndürülməmiş buişə dəxli olmayan MTN əməkdaşları "Global Stone" və "Global Construction" şirkətlərinin ofislərində axtarış aparıblar, Miryusif Mahmudovu aparıb MTN-saxlayıblar vəbunların heç biri rəsmiləşdirilməyib. Daha sonra onu aparıb Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriblər. İş materiallarında şahidlər və zərərçəkənlərin müxtəlif vaxtlarda verdikləri ifadələr nöqtə-vergülünə qədər eynidir. Bilirik ki, istintaq orqanı şablonlarla işləyir, ammainsanların taleyi ilə belə oynamaq olmaz. Ekspert eyni saatda iki meyit yoxlayıb, bu, necə ola bilər?"

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva isə onun səhhətinin ağır olduğunu əsas gətirərək, barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb.

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, bütün vəsatətlərə hazırlıq iclasının yekun qərarında qiymət veriləcək.

Hazırlıq iclası iyunun 28-də davam edəcək.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”
Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər
XS
SM
MD
LG