Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:55

Ukrayna Yekaterinanın abidəsini sökdü, Putin qanun imzaladı


Odessada II Yekaterinanın heykəlinin demontajı
Odessada II Yekaterinanın heykəlinin demontajı

Odessada şəhərin əsasını qoyanlar abidəsindən Rusiya çariçası II Yekaterinanın heykəli götürülüb.

Bu hadisəni əks etdirən fotoları teleqram-kanalda Ukrayna prezidenti administrasiyası başçısının müavini Kirill Timoşenko dərc edib.

Çariça ilə yanaşı Rusiya Cənub Ordusunun baş komadanı knyaz Qriqori Potyomkinin, Novorossiysk diyarının general-qubernatoru Platon Zubovun, mühəndis Frants de Volanın və vitse-admiral İosif de Ribasın heykəlləri də abidədən çıxarılıb.

Onların fiqurları Yekaterinanın heykəlinin postamentində yerləşdirilmişdi.

Odessanın şəhər soveti bu heykəllərin götürülməsinə dair qərara noyabrın axırında səs vermişdi.

Abidənin müvəqqəti olaraq incəsənət muzeyinə köçürülməsi nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, imperatriçanın heykəlinin heç bir tarixi qiyməti yoxdur, çünki bu orjinal heykəl deyil.

Çariçanın favoritlərinin 1990-cı ildə düzəldilmiş heykəlləri isə şəhər muzeyində nümayiş etdiriləcək.

Tərəddüd

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Odessa şəhər hakimiyyəti bu abidənin taleyi ilə bağlı mövqeyini dəfələrlə dəyişib.

Əvvəlcə məmurlar “tarixin məhv edilməsinə” qarşı çıxırdılar, lakin az sonra mövqelərini dəyişmişdilər.

Abidənin demontajı barədə qərar odessalıların səsverməsinə də çıxarılmışdı.

Şəhər meri Gennadi Truxanovun sözlərinə görə şəhər sakinlərinin əksəriyyəti demontaj qərarını dəstəkləyib. Həmin vaxta qədər II Yekaterinanın heykəlinə bir neçə dəfə rəng atılmışdı.

Heykəlin orjinalını 1920-ci ildə bolşeviklər dağıtmışdlar, lakin abidə 2007-ci ildə, artıq Ukraynanın müstəqilliyi dövründə bərpa edilmişdi.

Abidə barədə mübahisələr hələ Rusiyanın Ukraynaya tammiqyası təcavüzündən əvvəl başlanmışdı.

Odessa əhalisinin bir qismi Rusiya imperializminin simvolu olan heykəlin demontajını tələb edirdi.

II Yekaterina indiki Odessanın yerində dəniz limanı salınması barədə fərmanı 1794-cü ildə vermişdi. Buna görə də o ənənəvi olaraq Odessanın binasını qoymuş hökmdar sayılır.

Lakin bu fikirlə razılaşmayan Ukrayna siyasətçiləri deyirlər ki, Odessanın yerində hələ ondan çox illər əvvəl Hacıbey adlı qəsəbə olub.

Georgi lenti elə Yekaterinadan başlanır

Ukraynada Rusiya çariçası II Yekaterinanın heykəlinin demontajı ilə eyni gündə, dekabrın 29-da Rusiya prezidenti Vladimir Putin döyüş şöhrətinin simvollarından biri sayılan Georgi lentinin təhqir edilməsinə görə məsuliyyət nəzərdə tutan qanunu imzalayıb.

Bu qanun Georgi lentininin təhqir olanmasına görə 5 milyon rubl (68217.05 dollar) cərimə və ya 5 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutur.

Sovet orden-medalalrı
Sovet orden-medalalrı

Rusiya mediası bu barədə heç nə bildirməsə də, Georgi lenti ilə II Yekaterina arasında aşkar tarixi əlaqə mövcuddur.

Rusiya imperatriçası “Böyük Yekaterina” 1769-cu ildə Müqəddəs Georgi ordenini təsis edib. Rəngləri sarı və qara olan bu medalın rəngi sonradan narıncı və qara ilə əvəzlənib. O zaman bu, ən ali hərbi mükafatlardan biri sayılırdı.

Üstündən yarım əsr keçəndən sonra, imperator I Aleksandrın vaxtında Georgi lentli mükafatları artıq aşağı hərbi rütbəlilərə və hətta mülki şəxslərə, din xadimlərinə də verməyə başlayıblar.

Beləliklə, lent imperiyanın sadə əhalisi arasında kütləvi tanınmağa başlayıb.

Ölüb-dirilən rəmz

Bolşeviklər hakimiyyətə gələndən sonra çar Rusiyasının bir çox mükafatları kimi, “Georgi lenti” də ləğv olunub.

Ancaq 1940-cı illərdə SSRİ onun rənglərindən dəniz qvardiyaçılarının formalarında, müharibənin sonuna doğru isə Almaniya üzərində qələbəyə görə medallarda istifadə edib. Bundan sonra həmin lentlər Qələbə paradlarının atributuna çevrilib.

Ordenin və lentin daha bir dirçəlişi, SSRİ-nin çökməsindən sonra, 1998-ci ildə, Boris Yeltsinin hakimiyyəti zamanı baş verib.

Ukraynadakı rusiyayönlü separatçılar Georgi lentindən simvol kimi istifadə edirlər.

Bir çox xalqların həm də qəsbkarlıq simvolu saydığı Georgi lenti Ukraynada, Moldovada, Latviya və Litvada rəsmən qadağan olunub.

XS
SM
MD
LG