Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Yerevanda 50-dək etirazçı saxlanıb


Polis etirazçıları saxlayır. 5 may 2022
Polis etirazçıları saxlayır. 5 may 2022

Mayın 5-də Yerevandakı nümayişlərdə onlarla etirazçının saxlandığı xəbər verilir. Polis günortayadək 49 nəfərin saxlandığını bildirir. Televiziya kadrlarında isə təhlükəsizlik qüvvələrinin etirazçıları sürüyərək maşınlara basdığı görünür.

Parlament binası yaxınlığında vəziyyət gərgin olaraq qalıb. Bir gün öncə burada etirazçılarla polis əlbəyaxa olub.

Yüzlərlə polis binanı mühasirəyə alıb.

***

Yerevanda müxalifət tərəfdarları mayın 5-də səhərdən etiraz aksiyalarını bərpa edib. Ötən gecə Ermənistan paytaxtındakı Fransa meydanında gecələyənlərə yeni gələnlər qoşulub, onlar şəhərin mərkəzi küçələrində yürüş ediblər.

Bu gün səhər Yerevanda bəzi küçələrin bağlanması, nəqliyyatın işinə maneə yaradan fəalların saxlanması barədə də məlumatlar gəlib.

Ermənistanda etirazlar genişlənir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Müxalifət Baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə hazır olmaqda suçlayaraq onun istefasını tələb edir.

Müxalifət mayın 1-dən “mübarizənin həlledici mərhələsi”nin başlandığını elan edib, tərəfdarlarını kütləvi vətəndaş itaətsizliyinə çağırıb. Ertəsi gündən gündəlik etiraz aksiyaları başlanıb.

Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, bu tələbi əhalinin geniş təbəqələrinin dəstəkləmədiyini bildirir.

Beş prinsip

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ikitərəfli sülh sazişinin hazırlanmasına başlamağa və sərhədlərin delimitasiyasə üzrə birgə komissiya yaratmağa razılaşıb.

Bakı sülh sazişi üçün beş prinsip, o cümlədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını irəli sürüb. Paşinyanın bu elementlərin Yerevan üçün əsasən qəbuledilən olduğunu deməsi müxalifəti qızışdırıb. Onlar baş naziri Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olmaqda suçlayırlar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Atəşkəsin monitorinqi üçün regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

XS
SM
MD
LG