Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:58

Ermənistan Qarabağda həlak olmuş 'yezidi qəhrəmanlar' haqqında kitab buraxıb


“Yezidi qəhrəman sərhəddə” kitabı
“Yezidi qəhrəman sərhəddə” kitabı

Tert.am saytı yazır ki, oktyabrın 7-də Yerevanda 'Ermənistanı müdafiə döyüşlərində' həlak olmuş yezidi əsgərlərə həsr edilmiş kitabın təqdimatı keçirilib.

Agentlik xəbər verir ki, bu kitabda Ermənistan yezidilərinin 'igidliyindən və sülhə sonsuz sədaqətindən' bəhs olunur.

Boris Murazi və Zemfira Kalaşyanın yazdığı 'Yezidi qəhrəman sərhəddə' kitabı həm yezidi, həm də erməni dillərində çap edilib.

Müəlliflər bu kitabda yezidi döyüşçülər 'Sidor Aloyan, Kərəm Sloyan və Hamlet Omazyanın qəhrəmanlıqlarını' təsvir edirlər.

Bu üç yezidi döyüşçünün ötən apreldə Dağlıq Qarabağda baş vermis müharibədə həlak olduqları bildirilir.

Kitabın müəlliflərindən Boris Murazi deyib ki, dörd günlük müharibə zamanı Ermənistan 100-dək itki verib, lakin 'biz konkret olaraq hansı Ermənistan vətəndaşlarını itirdiyimizi bilmirik'.

Onun sözlərinə görə məsələn, yezidi Sidar Aloyanın Almaniyaya gedib orada təhsil almaq imkanı olsa da, o, Ermənistanda qalaraq orduya qoşulmağa üstünlük verib.

Müəlliflər kitabın nüsxələrini bütün dünya boyunca yezidilər arasında yaymağı planlaşdırılar.

Ermənistanın yeni hökuməti də korrupsiyadan heç nə demir

'Ermənistan hökumətinin mühüm bir rolu yoxdur, çünki ölkədə iqtisadi vəziyyət Rusiyadakı iqtisadi fəallıqdan və misin qiymətlərindən asılıdır'.

Bunu tert.am saytının yazdığına görə, Ermənistan Milli Konqres Partiyasının siyasi şurasının üzvü iqtisadçı Vahan Xaçatryan deyib.

Xaçatryan deyib ki, Ermənistanın yeni hökuməti korrupsiyanın və inhisarçılığın kökünün kəsilməsindən hələlik söz salmır.

'Əksinə onlar deyirlər ki, kiçik iqtisadiyyatlarda monopoliyalar zəruridir. Belə mövqe cəmiyyətdə çaşqınlıq yaradır. Onlar ya məlumatlı deyillər, ya da belə bəyanatları məqsədli şəkildə verirlər' – deyib siyasətçi.

Xaçatryan deyib ki, yeni hökumət iqtisadi rəqabət mühitindən, kiçik və orta sahibkarlıqdan da söhbət açmır. Bu isə o deməkdir ki, ölkədə heç bir dəyişiklik baş verməyəcək.

'Biz ağır vəziyyətdəyik və bunu bilirik. Onlar bizə həmişə deyirdilər ki, biz düz danışmırıq. Köhnə hökumətin istefasından 20 gün keçir, bu müddətdə təzə hökumət yalnız bunu deyib ki, iqtisadi vəziyyətimiz ağırdır' – deyib ANK üzvü.

XS
SM
MD
LG