Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:29

Zelenski rəsmiləri hərbi taktikanı müzakirə etməməyə çağırır


Saki aerodromu partlayışdan sonra
Saki aerodromu partlayışdan sonra

Türkiyə avqustun 11-də Ukraynanın Qara Dəniz limanlarından daha iki yük gəmisinin çıxdığını açıqlayıb

Ukrayna prezidenti rəsmiləri Rusiyaya qarşı hərbi taktikanın jurnalistlərlə müzakirəsini dayandırmağa çağırıb. Müdafiə Nazirliyinin aparıcı rəsmisi isə mediaya sızan məlumatlarla bağlı təhqiqat başladıldığını deyib.

Volodimir Zelenski avqustun 11-də danışıb. Bu arada həftənin əvvəlində ilhaq olunmuş Krımdakı Rusiya aerodromunda partlayışların səbəbləri haqda spekulyasiya dolaşmaqdadır. Partlayışlar nəticəsində azı səkkiz Rusiya hərbi təyyarəsi vurulub, Qara dəniz yarımadasında dincələn rusiyalı turistlər qorxaraq ərazini tərk etməyə başlayıb.

Peyk təsvirləri Krımın qərbindəki Saki hava bazasında böyük dağıntıların olduğunu göstərir.

Rusiya hadisənin arxasında səhlənkarlığın durduğunu desə də, adı çəkilməyən Ukrayna rəsmiləri ABŞ qəzetlərinə Ukrayna qüvvələrinin məsuliyyət daşıdığını deyiblər.

“Lovğa bəyanatlar vaxtı deyil”

“Müharibə şöhrətpərəstlik, lovğa bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqda nə qədər az detal açıqlasaq, planların icrası üçün daha yaxşı olar”, – Zelenski gecə müraciətində söyləyib.

“Lovğa bəyanatlar vermək istəyirsinizsə, bu ancaq bir şey deməkdir: səmimi desək, məsuliyyətsizlikdir. Ukraynanın qələbə çalmasını istəyirsinizsə, bu başqa şeydir, hökumətin müdafiə və əkshücum planları haqda dediyimiz hər bir kəlməyə görə məsuliyyətinizdən agah olmalısız”, – o vurğulayıb.

Müdafiə nazirinin müavini Hanna Malyar Facebook postunda yazıb ki, təhlükəsizlik xidmətləri mediaya kimin danışdığını araşdırır.

“Belə bir sızdırılma Ukrayna silahlı qüvvələrinin planlarını pozur, çünki düşmən öz hərəkətlərinə düzəliş edir, bu informasiyadan əleyhimizə yararlanır”, – o yazıb.

İndiyədək limanlardan 14 gəmi çıxıb

Bu arada Türkiyə avqustun 11-də Ukraynanın Qara Dəniz limanlarından daha iki yük gəmisinin çıxdığını açıqlayıb. Beləliklə, BMT-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma çərçivəsində ölkədən çıxan, taxıl daşıyan gəmi sayı 14-ə çatıb.

Həmin razılaşmaya görə, Rusiya fevralın sonunda işğala başlayandan limanlarda və anbarlarda qalmış 22 milyon ton qarğıdalı və digər taxılın ixracına yol açılıb.

Dünyada böyük taxıl ixracatçısı olan Ukraynada ixracın kəsilməsi dünyada ərzağı bahalandırıb, bəzi ölkələrdə aclıq, siyasi sabitsizlik sarıdan narahatlıq yaranıb.

XS
SM
MD
LG