Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Zelenski: ‘Rusiya çox güclü cavab alacaq...’


Ukraine's President Zelenskiy attends a news conference in Kyiv
Ukraine's President Zelenskiy attends a news conference in Kyiv

Zelenski deyib ki, Rusiya Ukraynanın bu əlamətdar günündə “əlbəttə, nəsə çox murdar bir hərəkətə yol verə bilər”

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 23-də Moskvaya xəbərdarlıq edib ki, Rusiya qüvvələri Ukraynanın Müstəqilliyi Günündə hər hansı hücuma yol versələr, Kiyev çox güclü cavab verəcək.

Reuters-in xəbərinə görə Zelenski deyib ki, Rusiya Ukraynanın bu əlamətdar günündə “əlbəttə, nəsə çox murdar bir hərəkətə yol verə bilər”.

Ukraynaya səfərdə olan Polşa prezidenti Andrjey Duda ilə birgə mətbuat konfransında suallara cavab verən Ukrayna prezidenti deyib ki, onun ölkəsi üzərinə hücum hədələri hər gün var və Ukrayna kəşfiyyatı bunun qarşısını almaq üçün xarici həmkarlarla işləyir:

"Rusiya bunu həmişə edir. Onlar 23-də və 24-də bu zərbələrin sayını artıra bilərlərmi? Bəli, onlar 23-də və 24-də bunu edə bilərlər. Onlar Kiyevi vursalar, Ukrayna nə edəcək? İndi etdiyini. Çünki hər bir ukraynalı üçün, mənim üçün bir prezident kimi Kiyev, Çerniqov, Donbas – hamısı birdir. Burda ukraynalılar yaşayırlar. Xarkovda və Zaporojyedə”.

Zelenski deyib ki, məhz buna görə də hər hansı Ukrayna şəhərinə endirilən zərbənin cavabı da eyni olacaq:

“Əgər onlar bizi vursalar, cavabını, çox güclü cavabını alacaqlar...Deməliyəm ki, bu cavab hər gün böyüyəcək. Güclü və daha güclü olacaq”.

Krım forumu

Avqustun 23-də Krım forumunda Ukrayna prezidenti habelə deyib ki, Ukrayna ilhaq olunmuş Krım üzərində suverenliyini bərpa edəcək.

"Hər şey Krımdan başlanıb və Krımla da bitəcək”.

Reuters agentliyi bildirir ki, internet üzərindən keçirilən Krım forumunda 60-dan çox ölkə və beynəlxalq təşkilat, o cümlədən 40 prezident iştirak edirdi.

Ukraynada səfərdə olan Duda foruma Zelenski ilə birgə qatılmışdı.

Britaniyanın baş naziri Boris Consonun əvvəlcədən yazılmış videoklipində deyilirdi:

“2014-cü ildə Rusiyanın Krımı qəsb etməsi bugünkü müharibənin carçısı idi”.

Conson öz çıxışında Rusiyanı Krımı Ukraynaya qarşı “hərbi düşərgəyə” çevirməkdə ittiham edib.

Fransa prezidenti Emmanuel Makron bütün qeyri-Avropa ölkələrini Ukraynanı dəstəkləməyə çağırıb və bu mübarizənin “ümumi dəyərlər” üçün olduğunu deyib.

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Rusiyanın təcavüzü başlanandan bəri Ukraynaya göstərilən yardımların ümumi dəyəri 14 milyard dollara çatıb.

O əlavə edib ki, Kiyev bu ilin sonunadək daha 12-14 milyard dollarlıq yardım gözləyir.

XS
SM
MD
LG