Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:23

Zuckerberg Avropa Parlamentində üzr istədi


Mark Zuckerberg
Mark Zuckerberg

Facebook-un sahibi və rəhbəri Mark Zuckerberg “saxta xəbərlərin” qarşısını ala bilmədiyinə və istifadəçilərə aid məlumatlaırn oğurlanmasına yol verdiyinə görə Avropa Parlamenti qarşısında üzr istəyib.

Zuckerberg mayın 22-də Brüsseldə deyib ki, Facebook insanları birləşdirmək üçün yeni metodlar tətbiq edib. Onun sözlərinə görə buna baxmayaraq son iki ildə bu yeni vasitələrin ziyanlı istifadəsinin qarşısının alınması üçün kifayət qədər iş görülmədiyi bəlli olub.

Zuckerberg Avropa Parlamenti siyasi qrup liderlərinin qarşısında çıxış etməzdən əvvəl, ötən ay Facebook etiraf etmişdi ki, 87 milyon istifadəçiyə aid məlumat qanunsuz olaraq Britaniya şirkəti Cambridge Analytica ilə paylaşılıb. Bu istifadəçilərdən 2, 7 milyonu Avropa İttifaqı ölkələrindədir.

Avropa Parlamentinin prezidenti Antonio Tajani deyib ki, Zuckerberg-in burada çıxış etməsi onun Avropa Parlamentinə və Avropa vətəndaşlarına ehtiramını nümayiş etdirib:

“Əlbəttə cənab Zuckerberg-in üzrxahlığı kafi deyil. Biz ondan yeni öhdəliklər istəyirik və bu öhdəliklərə əməl olunmasını izləyəcəyik”.

Zuckerberg Avropa millət vəkillərinin bəzi suallarından yayınsa da, 2016-cı il ABŞ seçkisi və Britaniyada Brexit referendumu zamanı saxta xəbərlərin yayılmasına yol vermiş Facebook siyasətlərinə görə üzrxahlıq edib.

O etiraf edib ki, Facebook saxta xəbərlərin, seçkilərə xarici müdaxilələrin və adamlara aid informasiyalardan sui-istifadə edilməsinin qarşısının alınması üçün öz məsuliyyətinə daha geniş miqyasda nəzərə yetirməyib.

Zuckerberg bəyan edib ki, o bu sosial media platformasını təhlükəsiz və daha etibarlı etmək üçün köklü dəyişikliklər həyata keçirəcək.

Zuckerberg qeyd edib ki, Facebook 2016-cı ilin ABŞ seçksindən keçən müddətdə indi artıq saxta xəbərləri aşkarlayıb silmək sahəsində daha hazırlıqlıdır:

“Biz o vaxt ABŞ prezident seçkisi zamanında Rusiyanın Facebook-a müdaxiləsini aşkarlamaqda lənglik göstərmişdik. Mən inanıram ki, biz bundan sonra bu nöqsanı aradan qaldıra biləcəyik, çünki 2016-cı il seçkisindən bu yana keçirilmiş bir sıra seçkilərdə, o cümlədən Fransada prezident, Almaniyada parlament və Alabamada xüsusi seçkilərdə artıq daha hazırlıqlı olmuşuq”.

Zuckerberg bunu da deyib ki, Facebook Avropa İttifaqının informasiyanın qorunması üçün tətbiq edəcəyi yeni qaydalarını “tamamilə” qəbul edəcək. Bu qaydalar mayın 25-dən qüvvəyə minir.

XS
SM
MD
LG