Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:56

Azərbaycan avropalıların səfərini təxirə saldı


Foto arxiv
Foto arxiv

►Azərbaycan Avropa Birliyi nümayətndə heyətinin səfərini təxirə salıb.

Buna səbəb kimi Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı "qərəzli qətnamə qəbul etməsi" göstərilir.

Nümayəndə heyəti Azərbaycanla Avropa Birliyi arasında Strateji tərəfdaşlığa dair sazişlə bağlı ilkin müzakirələr aparmaq üçün gələn həftə Azərbaycana gəlməli idi.

Məlumatı Azərbaycanın xarici işlər nazirliyi sentyabrın 11-də yayıb.

Həmçinin oxu: Hikmət Hacızadə: «Nəsə «moment» gəlib deyəsən...»

Məlumatda deyilir ki, ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa Birliyi ilə əlaqələr yenidən nəzərdən keçirilməlidir.

Məsələ ilə bağlı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard sentyabrın 11-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ona qətnamə ilə bağlı Azərbaycanın mövqeini çatdırıb.

Mahmud Məmməd-Quliyev
Mahmud Məmməd-Quliyev

O bildirib ki, Azərbaycan tərəfi Avropa parlamentinin sentyabrın 10-da qəbul etdiyi bu qətnaməni kəskin şəkildə qınayır.

Nazir müavini qeyd edib ki, qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və qarşılıqlı münasibətlərin gələcək perspektivlərinə ciddi əngəl yaradır.

Malena Mard Azərbaycanın mövqeyinin Avropa Birliyinin aidiyyəti strukturlarına çatdırılacağını bildirib.

Həmçinin oxu: Nazarbayev qızını baş nazirin müavini qoydu

Qeyd edək ki, Avropa Parlamenti sentyabrın 10-da jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərini dərhal və heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib.

​Qətnamə Avropa Birliyi rəhbərliyini prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırır.

Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.

Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.

Buna da bax: «Sanksiyadan biz yox, onlar özləri əziyyət çəkər»

XS
SM
MD
LG