Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:38

Rusiyada irqçilik: Obamanı meymuna "çevirdilər"


Qalmaqallı mətbəx taxtası
Qalmaqallı mətbəx taxtası

►“Fanatizm cahilliyin doğurduğu xəstəlikdir.”

Kazanda bir yerli siyasətçiyə məxsus supermarketin adı qalmaqalda hallanır.

Səbəb odur ki, dükan mətbəx taxtalarının üzərindəki meymun ailəsi təsvirində bala meymunun üzünə fotoşopla ABŞ prezidenti Barack Obamanın sifətini "yapışdırıb".

İctimaiyyətin qınağı və bir xəbər saytının araşdırmalarından sonra dükan mətbəx taxtalarını satışdan yığışdırıb.

Rusiyada irqçi zarafatlar nadir hadisə sayıla bilməz. Sentyabr ayında ölkənin Antiinhisar Xidməti su qızdırıcıları satan bir şirkəti üzərində Obamanın qara olduğuna görə “çirkli” olduğu yazılmış reklam bordu quraşdırdığına görə cərimələmişdi.

Keçən ilin avqustunda isə fəallar ABŞ səfirliyinin binasına lazer şousu proyeksiya edərək Obamanı ad günü münasibətilə "təbrik etmişdilər". Lazer şousunda Obama ağzına girib-çıxan bananla təsvir olunmuşdu. Elə həmin gün Moskvada adamlar ABŞ səfirliyi ilə üzbəüz Obamanı məşhur yapon məsəlindəki “üç müdrik meymun”la müqyisə edən banner asmışdılar.

Buna da bax: B.Obama 2015-ci ildə bu romanı bəyənib

Keçən il Duma üzvü İrina Rodninanın Tvitterdə Obamanın fotoşop edilmiş bananla təsvir edilmiş şəklini paylaşmasından sonra Rusiyada irqçilik məsələsi ictimai müzakirələrin gündəminə çıxıb.

Rodnina həm də üçqat olimpiya çempionu və Vladimir Putinin “Vahid Rusiya” partiyasının üzvüdür.

Hadisədən sonra Rodnina israrla bu şəkildə səhv bir şeyin olmadığını demişdi. Üstəlik əlavə etmişdi ki, “Söz azadlığı söz azadlığıdır”.

O zaman ABŞ-ın Rusiyadakı səfiri Michael McFaul, Tvitterdə yazmışdı ki, Rodnina “yolverilməz davranış nümayiş etdirib və bu davranış onun parlamentinə və ölkəsinə utanc gətirir."

Səfirliyin sözçüsü isə Thomas Jeffersonun məşhur kəlamını paylaşmışdı: “Fanatizm cahilliyin doğurduğu xəstəlikdir.”

P.S. Son məlumata görə, dükan "obamalı" mətbəx taxtalarına görə üzr istəyib.

XS
SM
MD
LG