Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:40

Dövlət Neft Fondu Milanda bina alır


İlham Şaban
İlham Şaban

-

Azərbaycan Dövlət Neft Fondu Milanda İtaliya Ticarət Palatasının binasını alır. Bu barədə «The Wall Street Journal» nəşri yazır.

Xəbərdə bildirilir ki, Azərbaycan, BƏƏ və Qətərin dövlət investisiya fondları İtaliyanın Milan şəhərində 3 obyektə 380 milyon dollar yatıracaqlar.

Bəs neftin qiymətinin düşdüyü indiki vaxtda Neft Fondu öz vəsaitlərindən bütünlükdə nə dərəcədə səmərəli istifadə edir?

Suallarımıza neft mütəxəssisi İlham Şaban cavab verir.

- İlham bəy, xəbər verilir ki, Azərbaycan Neft Fondu Milanda daşınmaz əmlak alır. Bunu necə dəyərləndirirsiniz?

- İndiki vaxtda bu addıma müsbət baxıram. Çünki neft düşdükcə, daşınmaz əmlakın da qiymətləri düşür. Ona görə də Neft Fondunun indiki vaxtda daşınmaz əmlak alması düzgün addımdır. Ancaq məsələnin başqa tərəfi var. Norveç Neft Fondunda təqribən 800 milyard dollar vəsait var. Bunun haradasa 50 faizi diversifikasiya olunub. Yəni daşınmaz əmlaka, qızıla qoyulub. Azərbaycanda isə bu göstərici cəmi 10 faizdir. Tutaq ki, Azərbaycan Dövlət Neft Fondunun 34 milyard dollar vəsaiti var. Bunun haradasa 3-4 milyardı diversifikasiya edilib.

- Onda demək olarmı ki, Azərbaycan bir qədər gec ayılıb?

- Sizinlə razılaşmaq olar.

- İlham bəy, xaricdə daşınmaz əmlak almaqdansa, olmaz ki, elə həmin vəsaiti investisiya kimi Azərbaycana qoyasan? Həm yeni iş yerləri açılar, həm də ölkədə istehsal yaranar. Manat belə sürətlə düşməz...

- Neft Fondundan ötən ilin sonuna qədər Azərbaycan büdcəsinə birbaşa 61 milyard manat vəsait köçürülüb. Bundan başqa, büdcədən kənar bir sıra layihələri maliyyələşdirib. Neft Fondundan edilən transfertlərin taleyi necə oldu? Yəni siz dediyiniz məsələ hökumətdən asılı məsələdir. Bunu Neft Fondu yox, Azərbaycan hökuməti etməlidir. Neft Fondu paralel hökumətlik etməyəcək ki!

- Hökumətdən söz düşmüşkən, hökumət rəsmiləri, prezident İlham Əliyevin özü deyir ki, son bir ildə neftin qiyməti 3 dəfə düşüb? Bu nə dərəcədə doğru məlumatdır?

- Görünür, prezidentə yanlış məlumat verirlər. Yaxud da onlar neftin pik qiymətindən üzü bəri qiymət dəyişikliyini götürürlər. Reallıq isə başqa rəqəmi göstərir. Faktiki 2014-cü il dekabrın 31-dən 2015-ci il dekabrın 31-nin statistikasını götürsək, neftin qiyməti cəmi 46 faiz düşüb. Yəni heç 50 faiz də deyil. Beləliklə neft son bir ildə 3 dəfə yox, cəmi 46 faiz düşüb.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin

Dollarla krediti olanlara hüquqşünas və iqtisadçı məsləhəti​

XS
SM
MD
LG