Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:12

Neftin hansı qiyməti Azərbaycan üçün «qırmızı xətt»dir?


Karikatura
Karikatura

-

Hazırda dünya bazarında neftin barreli $37-dır. Azərbaycanda çoxları maraqlanır: Neftin hansı qiyməti Azərbaycan üçün «qırmızı xətt»dir?

«Caspian Barrel» Neft Araşdırmaları Mərkəzi bu «qırmızı xətt»i müəyyən edib.

Ölkədə neft və qazın əsas istehsalçısı «ВР-Azerbaijan» şirkətidir. Bu il o, 31 mln. ton neft və 2.3 mln. ton kondensat çıxarmağı (neft hasilatının 80.6%-i) planlaşdırır.

Neft dairələrindən əldə edilən məlumata görə, «ВР-Azerbaijan» üçün xammalın barreli 6 dollardır. 1 barrel neftin Səngəçaldan Ceyhan limanına çatdırılması xərci 7 dollardır.

SOCAR neftinə gəlincə, şirkətin hesabatına əsasən, 1 yanvar 2015-ci il üçün 1 ton neft 91.63 manat və ya $116.81-a, 1 barrel$16-a başa gəlib.

SOCAR öz neftini əsasən H.Əliyev adına NEZ-ə tədarük edir. 1 mln tondan çox nefti isə Bakı-Novorossiysk kəməri ilə ixrac edir. Burda 1 barrelin nəql xərci $3.5-dır.

2014-cü ildə Azərbaycanda 41.9 mln ton əmtəəlik neft çıxarılıb. Bu il 41.3 mln ton, 2016-cı ildə 40.7 mln ton hasilat gözlənilir. /Turan/

XS
SM
MD
LG