Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:28

"Azərbaycanda su dünya ölkələrindən qat-qat ucuzdu"


Illüstrasiya
Illüstrasiya

►"Azərsu"dan Anar Cəbrayıllı: “Suya ayda 4-5 manat xərclənir”

Su niyə bahalaşdı? Bunu nəylə əsaslandırırlar?

Mayın 13-də Tarif Şurasının qərarı ilə suyun qiyməti Bakı, Sumqayıt, Xırdalan və Abşeronda hər kubmetrə görə 30 qəpikdən 35 qəpiyə, qalan inzibati ərazilərdə isə 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Tullantı sularının axıdılmasına görə qiymət 6 qəpikdən 15 qəpiyə yüksəldilib. Bundan başqa tullantı sularının axıdılması xidmətlərinin qiymətləri qeyri-əhalidən ötrü hər kubmetrə görə 1 manata qaldırılıb. Bu, əvvəllər 30 qəpik idi. Yeni qiymətlər mayın 16-dan qüvvəyə minir.

Suyun qiyməti niyə qalxdı? AzadlıqRadiosunun suallarını “Azərsu” Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Anar Cəbrayıllı cavablandırır:

Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

– Bundan əvvəl tarif 2011-ci ilin fevralın 1-də dəyişmişdi. O dövrdən bu günə qədər “Azərsu” Səhmdar Cəmiyyəti su təsərrüfatının inkişafı ilə bağlı böyük həcmli işlər görüb. Eyni zamanda, kənar təşkilatlarda olan su kommunikasiyaları, xətləri, anbarlar bizim istismarımıza verilib. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyi, “Qaçqınkom”, Müdafiə Sənayesi Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər təşkilatlardan təkcə 4 min 500 km-dən artıq su və kanalizasiya xətti balansımıza verilib. Deməli, həmin ərazilərdə işləyən işçilər də avtomatik bizm işçilərdir. Onların əməkhaqqını və digər ödənişlərini də biz ödəməliyik. Bundan başqa, təkcə son 5 ildə Azərsu Səhmdar Cəmiyyəti tərəfindən 5 min 120 km-lik su xətti, 2 min 20 km-lik kanalizasiya xətti tikilib. Təkcə 500 minə yaxın sayğac quraşdırılıb, abunəçilərimizin sayı azı 350 mindən çox artıb və s. Bütün bunlar da maliyyə- təsərrüfat və idarəetmə xərclərimizin artmasına gətirib çıxarıb. Xərclərin öhdəsindən gəlmək üçün əsaslandırılmış şəkildə hökumətə müraciət etdik. Bütün bunlara baxmayaraq, su və kanalizasiyanın qiyməti yenə maya dəyərindən aşağıdır. Bunlar sosial layihələrdir.

– Bəs dövlətin qoyduğu investisiyalar?

– Bəli, dövlət bu sahəyə milyardlarla investisiya qoyub. Amma bizim bu qurğular, avadanlıqlar, infrastruktur tikiləndən sonra ora çəkilən elektrik enerjisi xərcləri, əməkhaqqı və digər xərclər yığdığımız pul hesabına ödənir, “Azərsu” Səhmdar Cəmiyyətinin göstərdiyi xidmətdən əldə etdiyi gəlirlər hesabınadır. Ona görə də bu kimi zəruri amillərin nəticəsi olaraq, müraciət etdik. Tarif Şurası da bunu müsbət dəyərləndirib artım elədi. Bununla belə, yenə Azərbaycanda suyun tarifləri dünyanın əksər ölkərindən qat-qat aşağıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda su layihələri yenə də sosial olaraq qalır.

– Qiymət təxminən 40 faiz artdı. Niyə indi artdı, bu, ölkənin hazırkı iqtisadi durumu, ya da manatın devalvasiyası ilə bağlıdır?

– Xeyr, bu, sırf “Azərsu”nun xərcləri ilə bağlıdır. Nə devalvasiyanın, nə də ölkənin iqtisadi vəziyyətinin aidiyyatı yoxdur.

– Müstəqil ekspertlər, iqtisadçılar sizi əhaliyə keyfiyyətli xidmət göstərməməkdə günahlandırır. Son qiymət artımından sonra bu cür reaksiyalar da çoxalıb.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

– İqtisadçılardan soruşmaq lazımdır ki, 5 il əvvəl suyu necə alırdı, indi necə alır. Təkcə biz son 5 ildə fasiləsiz su alanların sayını iki dəfədən çox artırmışıq. 430 mindən çox smartsayğac quraşdırmışıq. Bu, xidmətin keyfiyyətini yaxşılaşdırmaq deyilmi? Dünya praktikasında bir şey var. İstər MDB ölkələrində olsun, istər digər ölkələrdə, ev təsərrüfatında suya, qaza və işığa çəkilən xərclər, demək olar ki, yaxındır. Azərbaycanda bir ailə ayda işığa orta hesabla 16-18 manat, qaza 14-15 manat xərc çəkir, suya isə 4-5 manat. Arada 3-4 dəfə fərq var.

– Dediniz “bahalaşsa da, Azərbaycanda suyun qiyməti aşağıdır”. Qiymət yenə qalxa bilər?

– Qiymət bu gündən qalxıb. Hələ o haqda danışmaq tezdir, bir söz deyə bilmərəm.

– Suyun həqiqi maya dəyəri nə qədərdir?

– Hardasa, su, kanalizasiya, ikisi bir yerdə 75 qəpikdən çoxdur.

– Son reaksiyalar arasında “Azərsu”nu bədxərc sistem qurmaqda, qiyməti də buna görə artırmaqda ittiham edənlər də var.

– Bunlar hamısı subyektiv fikrilərdir. Kim istəyir, mənə müraciət eləsin, konkret rəqəmləri deyim.

– Qiymət qalxdı. Bəs xidmətin keyfiyyəti də qalxacaq?

– Xidmətin keyfiyyəti ilbəil artır. Fasiləsiz su alanlar, sayğacların quraşdırılması, işçilərin sosial vəziyyətinin yaxılaşdırılması xidmətin səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Suyun keyfiyyəti ilə bağlı bu gün heç bir problemimiz yoxdur. Suyun qrafiklə alınması var. Ərazi var ki, qrunt sularından istifadə edir. Bunlar da mərhələli şəkildə həllini tapacaq. Dünənə qədər Pirallahıda, Zirədə, ümumiyyətlə, şirin su yox idi. Ancaq bu gün biz həmin qəsəbələrə şirin su veririk. Gələcəkdə də yeni yaşayış massivlərinin hamısını su ilə təmin eləmək əsas hədəfimizdir.

Buna da bax: Hədər gedən su...

Bu videonu "Mobil Reportyor"a Şəkinin Küdürlü kənd sakini yollayıb. O yazır ki, kənddə 3 su artizian quyusu olsa da əhali içməli sarıdan əziyyət çəkir. Çünki həmin su artizian quyularından ikisi yerə axır. Buna isə bir çarə qılan yoxdur.

Hədər gedən su...
Gözlə
Embed

No media source currently available

0:00 0:00:37 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG