Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:43

«Generalın qətlinin istintaqında bir sıra irəliləyişlər əldə edilib»


R.Rzayev fevralın 11-də evinin yaxınlığında, İ.Qutqaşınlı küşəsində qətlə yetirilib
R.Rzayev fevralın 11-də evinin yaxınlığında, İ.Qutqaşınlı küşəsində qətlə yetirilib
Müdafiə nazirinin müavini Rail Rzayevin qətlinin açılması ilə bağlı istintaqda bir sıra irəliləyişlər əldə edilib. Bu barədə Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov «Turan»a bildirib

Sultanov istintaq sirri olduğundan irəliləyişlərin nədən ibarət olması ilə bağlı məlumat verməyib.

Onun sözlərinə görə, hazırda cinayəti törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində intensiv və hərtərəfli istintaq hərəkətləri davam etdirirlir.

E.Sultanov generalın sürücüsünün taleyi ilə bağlı suala cavabda onun istintaqa cəlb edilərək ətraflı dindirildikdən sonra sərbəst buraxıldığını bildirib.

R.Rzayev fevralın 11-də evinin yaxınlığında, İ.Qutqaşınlı küşəsində qətlə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.

E.Sultanov cinayət işinə Cinayət Məcəlləsinin 214-cü maddəsinin (terrorçuluq) əlavə olunması ehtimalı ilə bağlı sualın cavabında deyib:

«İstintaqın gedişatında terrorla bağlı faktlar müəyyən edilərsə və ya sübutlar olarsa, Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə də istintaq davam etdirilə bilər».
XS
SM
MD
LG