Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:10

Qazaxıstan BTC-yə qoşuldu


İyunun 16-da imzalanmış hökumətlərarası sazişlə Qazaxıstan BTC-yə qoşuldu
İyunun 16-da imzalanmış hökumətlərarası sazişlə Qazaxıstan BTC-yə qoşuldu

Azərbaycan prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və İnam konfransının 2-ci samitində iştirak etmək üçün Almatıya gedib. İyunun 16-da cənab Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.


Həmin gün prezidentlər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac kəməri ilə nəql olunmasına dair hökumətlərarası saziş imzalayıblar.


Qazaxıstan «Today» Agentliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə istinadla yaydığı xəbərə görə, konfransda Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının rəhbəri Hu Çintao, Özbəkistan prezidenti İslam Kərimov, Tacikistan prezidenti İmaməli Rahmanov, Qırğızıstan prezidenti Kurmanbek Bakıyev, Əfqanıstan prezidenti Hamid Karzai və Pakistan prezidenti Pərviz Müşərrəfin də iştirakı gözlənilir.


Asiyada Qarşılıqlı Fəaliyyət və İnam konfransı ideyasını ilk dəfə olaraq Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1992-ci ildə BMT Baş Məclisinin 47-ci sessiyasında irəli sürüb. Konfransın məqsədi əsas regional problemləri və üzv ölkələr arasında əməkdaşlığın inkişafını müzakirə etməkdir.


XS
SM
MD
LG