Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:36

«Azərbaycan biznes inkişafı üçün islahatçı ölkə deyil»


«İqtisadi fəaliyyət sahələri isə dövlət məmurlarının ciddi nəzarətindədir»
«İqtisadi fəaliyyət sahələri isə dövlət məmurlarının ciddi nəzarətindədir»
Azərbaycan Dünya Bankının «Doing Business-2010» hesabatında 5 pillə geriləyərək 33-cü pillədən 38-ə enib. Bununla belə keçmiş sovet respublikaları arasında Azərbaycan reytinqdə yalnız Gürcüstan və Baltikyanı ölkələrdən geri qalır.

«BU HESABATI HAZIRLAYANDA KORRUPSİYA NƏZƏRƏ ALINMIR»

Ancaq iqtisadçılar deyirlər ki, sahibkarlığın inkişafına böyük əngəllər olduğu bir şəraitdə bu qiymət Azərbaycan üçün çox yüksəkdir.

HESABAT HAQDA
  • «Doing Business-2010» məruzəsi illik məruzələr seriyasından yeddincidir. Onlarda sahibkarlığın inkişafına səbəb olan fəaliyyətin tənzimlənməsi normaları, eləcə də biznesin inkişafını çətinləşdirən normalar araşdırılır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, bu hesabat Azərbaycandakı real vəziyyəti əks etdirmir. Çünki bu qiymətləndirmədə ölkədəki korrupsiya nəzərə alınmayıb:

«Burda işgüzarlıq mühiti tədqiq olunur. Ancaq biznes qurmaq yalnız onun qeydiyyata alınmasıyla bitmir. Bu işin ancaq başlanğıcının bir elementidir. Halbuki müəssisənin, biznesin qeydiyyata alınması hələ onun real olaraq işləməsi demək deyil. Ən ciddi problemlər sonrakı mərhələlərlə bağlıdır. Bu hesabatı hazırlayanda korrupsiya nəzərə alınmır. Ancaq korrupsiya biznesdə əsas amillərdən biridir. Həm də ədalətli məhkəmə sistemi olmalıdır. İşgüzar mühitin digər elementi isə rəqabət mühitidir.
Azər Mehtiyev
Bu da Azərbaycanda yoxdur. Əksinə, kəskin inhisarlaşma var. İqtisadi fəaliyyət sahələri isə dövlət məmurlarının ciddi nəzarətindədir».

«RÜŞVƏT İSTƏYİRLƏR, MÜXTƏLİF BƏHANƏLƏRLƏ ADAMIN İŞİNƏ ƏNGƏL OLURLAR»

Oqtay Rüstəmov 7 ildən çoxdur sahibkarlıqla məşğul olub. Ancaq bir neçə ay əvvəl həm maliyyə problemi, həm də biznesinə maneələr yaradıldığından illərlə qurduğu işindən əl çəkməli olub:

«Çətinlik həm maddiyyat tərəfdəndir, həm də şəraitsizlikdən. Rüşvət istəyirlər, müxtəlif bəhanələrlə adamın işinə əngəl olurlar. Sahibkarlığa yardım fondlarına müraciət edirəm. Ancaq axırına gedib çıxmaq olmur. Süründürməçilik, get sabah gəl, faizlər qoyurlar, şərtlər qoyurlar. Sərbəst inkişafa şərait yoxdur».

Dünya Bankının keçmiş vitse-prezidenti Con Heilbrunn bir müddət əvvəl «Turan»a müsahibəsində bildirmişdi ki, Azərbaycan dünyada ən çox korrupsiyaya uğramış ölkələrdən biri sayılır.
Nazim Məmmədov
O deyirdi ki, «əgər bu ölkədə işləyən şirkətin müşaviri olsaydım, korrupsiya risklər siyahısında birinci yerdə dayanardı».

«PROBLEMLƏRDƏN ƏN YAXŞI ÇIXIŞ YOLU APARILAN İSLAHATLARDIR»

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov isə deyir ki, indi sahibkarlığın inkişafı ilə bağlı islahatlar genişlənir. Problemlərdən ən yaxşı çıxış yolu da aparılan islahatlardır:

«Hesabatlarda problemlərdən danışılanda bürokratik əngəllər də qeyd olunur. İnzibati sahədə islahatlar davam edir, yaxın vaxtlarda inzibati məhkəmələr yaranacaq. Bürokratın əməlindən, hərəkətindən ümumi məhkəmələrə yox, inzibati məhkəmələrə müraciət olunacaq. Nəticəsi o olacaq ki, məmurun cavabdehliyi yaranacaq».
XS
SM
MD
LG