Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:29

İsrail Fələstinpərəst fəalları Təl-Əvivə göndərəcək


«Raçel Korri» gəmisi
«Raçel Korri» gəmisi
İsrail hərbçiləri tərəfindən saxlanılar «Raçel Korri» gəmi heyətinin Təl-Əvivə göndəriləcəyi gözlənilir. «Raçel Korri» bir neçə gün öncə İsrail hərbçiləri tərəfindən silahlı basqına məruz qalan Qəzzaya humanitar yardım aparan gəmi karvanına daxil olsa da, gecikdiyindən karvanla birlikdə yola düşə bilməmiş, onlardan geri qalmışdı. Amma İsrail hərbçiləri sonradan «Raçel Korri»nin heyətini də saxlayıb. Saxlanılanlar 11 Fələstinpərəst fəal və 8 heyət üzvüdür.

İsrail rəsmiləri fəallardan müəyyən sənədlərə qol çəkməyi tələb etsə də, həmin sənədlər yəhudi dilində olduğundan fəallar bir müddət idi ki, imza atmağı yubadırdılar. Artıq İsraildən çıxarılan fəallar ingilis dilində də surətlərini aldıqları müəyyən vacib sənədlərə qol çəkiblər.

Bu arada, «Əl-Cəzirə»nin Aşdod limanından müxbiri məlumat verir ki, «Raçel Korri» gəmisi hazırda yükünün yoxlanması üçün limanda saxlanılır.

«Gəminin humanitar yardım məqsədli yükü yerə boşaldılacaq və yoxlanılacaq. Bu yükün nə qədərinin Qəzzaya çatdırılacağı hələ məlum deyil» – «Əl-Cəzirə»nin müxbiri xəbər verir.

«İKİ GƏMİ ARASINDAKI FƏRQİ GÖRDÜK»

İsrailin hərbi dəniz gəmiləri yardım gəmisinin lövbər salmasından bir neçə saat öncə onun izinə düşüblər, radiolakatorunu və bütün radio əlaqə vasitələrini kəsiblər.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, hərbi-dəniz qüvvələri bu şənbə həftənin əvvəlində olduğu kimi, eyni əməliyyatı həyata keçiriblər, yeganə fərq fəalların hərbi-dəniz qüvvələrinə münasibətindədir:

İsrailin baş naziri Benyamin Netanyahu
«Biz sülh tərəfdarı olan budəfəki fəalların - onlarla razılaşmasaq da, hüquqlarına və fikirlərinə hörmətlə yanaşdığımız fəalların olduğu gəmi ilə türk ekstremistlərinin – bizim əsgərləri əllərində balta və bıçaqlarla gözləyən ekstremistlərin olduğu gəmi arasında fərqi gördük».

YARDIM ETMƏK İSTƏYƏNLƏRİN SAYI ARTIB

«Raçel Korri» gəmisinə sponsorluq edən Malayziyanın «Perdana Qlobal Sülh Təşkilatı» adlı qeyri-hökumət təşkilatının rəhbəri Mukhriz Mahathir deyir ki, baş verənlər nəticə etibarilə yardım üçün öz töhfəsini vermək istəyənlərin sayını artırmışdı:

«Amma hazırda biz çox məyus olmuşuq ki, topladığımız yardım öz ünvanına çatmayıb».
«Raçel Korri» gəmisi 2003-cü ildə Qəzzada evinin uçurulmasına etiraz edərkən İsrail hərbi buldozeri tərəfindən öldürülən amerikalı qadının adını daşıyır.

Gəminin heyətinə daxil olan Fələstinpərəst fəallar öncədən demişdilər ki, İsrail tərəfinin xəbərdarlığına baxmayaraq Qəzza sahilinədək üzməyi qarşılarına məqsəd qoyublar:
İsrail silahlı qüvvələri xəbərdar etmişdi ki, əgər gəmi Qəzzaya doğru yolunu davam etdirərsə, qoşunları hücuma keçəcək.

«Əl-Cəzirə»nin Qəzzadan olan müxbirinin dediyinə görə, «Raçel Korri»nin bortunda yüz tonlarla yardım yükü – tibbi təchizat, əlil arabaları, tikinti materialları, o cümlədən sement və uşaqlar üçün bloknotlar var.

QEYD: Yazı aljazeera.net internet səhifəsindən tərcümə olunub

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG