Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:54

“Buker” mükafatının qısa siyahısı açıqlandı


Dünyada ən nüfuzlu ədəbi mükafatlardan sayılan “Buker”i 2010-cu ildə almağa namizədlərin qısa siyahısı açıqlanıb.

6 finalçı əsər bunlardır.

“Pərrot və Olivye Amerikada” (Avstraliya yazıçısı Piter Keri)

“Otaq” (Kanadada yaşayan irland yazar Emma Donahyu)

“Qəribə otaqda” (Cənubi Afrika doğumlu Deymon Gəlqat)

“Finkler sualı” (Britaniyalı yazıçı Hovard Cakobson)

“Uzun nəğmə” (Britaniyalı yazıçı Andrea Levi)

“S” (Britaniyalı yazıçı Tom MakKarti)


Bir çoxları MakKartini favorit sayır, Britaniya jurnalistlərini isə qısa siyahıya Avstraliya yazıçısı Piter Kerinin əsərinin düşməsi təəccüblənidirb. O artıq iki dəfə - 1988 və 2001-ci illərdə “Buker” mükafatına layiq görülüb. Bu mükafatı üç dəfə alan hələ olmayıb.

Müsabiqəyə 138 əsər təqdim edilmişdi. Onlardan 13 əsərlik uzun siyahı müəyyən edilmişdi. Qısa siyahıdakı əsərlər arasından seçilən qalibi oktyabrın 12-də elan edəcəklər.

Favorit sayılan MakKarti kimdir, nədən yazır - ətraflı burada oxuya bilərsiz.

“Man Booker prize” müsabiqəsi 40 ildən çoxdur keçirilir.

Hər il təşkil edilən müsabiqədə Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.) yazıçıları ingilis dilində yazdıqları nəsr əsərləriylə iştirak etmək hüququna malikdir.

Həmçinin oxu

Britaniya yazıçıları seksdən üz döndərir
XS
SM
MD
LG