Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:35

Ombudsmanın qəbul otağında 2 saat


Firəngiz Əhmədova bu nəvəsi Nərminin müalicəsinə kömək üçün ərizə yazır, Bakı, 19 avqust 2011
Firəngiz Əhmədova bu nəvəsi Nərminin müalicəsinə kömək üçün ərizə yazır, Bakı, 19 avqust 2011
Avqustun 19-da günorta saat 2-də Ombudsman Aparatının qəbul otağının yarıqaranlıq dəhlizində ondan artıq şikayətçi var idi. Hərə bir dərd üzündən gəldiyini deyirdi.

İlk söhbətləşdiyim Qubanın İspi kəndindən bir ailə oldu. Ailənin 4 yaşlı qızı Nərmin və onun anası Arzu Əlimovalar müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərini deyirlər. İstəyirlər ki, ombudsman onların müalicəsinə yardım etsin.


ACLIQDAN YARANAN XƏSTƏLİKLƏR

4 yaşlı Nərminin nənəsi Firəngiz Əhmədova danışır ki, uşaq yaxşı qidalanmadığı üçün şəkisi yaşına uyğun deyil. Kasıblıqdan, xəstəlikdən əziyyət çəkdiyini deyən ailə hələ 2009-cu ildə Bakıya, ombusdmanla görüşə gəlməli imiş. Amma dediklərinə görə, pulları olmadığından gələ bilməyiblər:

“İmkanımız yox idi gəlməyə, 2009-cu ildə müraciət etmişdik, demişdilər “gəlin” gələ bilmirdik”.

Ombudsman aparatının əməkdaşı onlara ərizə yazmağa kömək edəndə nənə müalicə
Dilbər Qafurova 3 yaşlı qızı ilə ev mübahisəsinində kömək istəyir

ilə yanaşı həm də maddi yardım istəyirdi. Böyrək ağrılarından əziyyət çəkən ananın dediklərindən aydın oldu ki, əslində 4 yaşlı qızının da, özünün də xəstəliyi normal qidalanmamaqdan yaranıb.

Ananın sözlərinə görə, onların heç yaşamağa normal evləri də yoxdur. Həyat yoldaşı müharibə əlilidir. Ailənin heç bir yerdən gəliri yoxdur.

Ombudsman Aparatının hüquqşünası onların dövlət hesabına müalicə edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunacağını bildirdi. Maddi yardım məsələsinə gələndə, ailəyə deyildi ki, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsinlər.

OMBUDSMAN MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

- Məni məcbur edirlər ki, evi keçir bizim adımıza, biz istəsək, verərik sənə, istəməsək yox. Mən də məhkəmədə iddia qaldırmışam, amma məhkəmə baxmır, körpə uşağımla hara gedim? Mənə kömək edin.

- Məhkəmədə baxılma müddəti var, əslində məhkəmə bu işə baxmalı idi. Yəni burda süründürməçilik var. Ona görə də ombudsman tərəfindən Göyçay rayon məhkəməsinə müraciət olunacaq ki, nəyə görə 5 aydan bəri süründürməçiliyə yol verilir.
Ombudsman Aparatının qəbul otağı

Bu, 3 yaşlı qızı ilə Göyçaydan Bakıya şikayətə gələn Dilbər Qafurovanın Ombudsman Aparatının hüquqşünası Adil Eyvazovla dialoqudur. Dediyinə görə, həyat yoldaşı vəfat edəndən sonra qaynatasıgil evi onun əlindən almaq istəyirlər. Çölə atılacağından narahat olan gəlin rayon məhkəməsinə müraciət edib.

Ombudsmanın hüquqşünası Adil Eyvazov Dilbər Qasımovanı sona qədər dinlədi, ərizəsini aldı və onu tam arxayın etdi ki, məsələ araşdırılacaq.

Dilbər xanım sentyabrın 1-də yenidən Bakıya ombudsman Elmira Süleymanova və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qəbuluna gələcəyini deyib qəbul otağını tərk etdi.

QƏBUL OTAĞINA ÜMİDLƏ, GERİYƏ GÖZ YAŞLARI İLƏ

Gülərüz, əsayla gəzən Nadejda Konstantinovna danışır ki, evi məhkəmə qərarı ilə keçmiş həyat yoldaşı tərəfindən əlindən alınıb.

Ombudsman Aparatının gözləmə otağında çox ümidliydi.

Nadejda Konstantinovna qəbul otağına ümidlə girsə də, ordan göz yaşları ilə çıxdı:
“Məhkəmə məni hara göndərmişdisə, bunlar da məni ora göndərdilər. Mən 30 il Bakıda yaşamışam, heç kim mənə məhkəmədə deyilən sözü deməyib. Mən Rusiya vətəndaşıyam. Hakim mənə dedi ki, sənə burda pisdirsə, onda get Rusiyaya”.

Ombudsman Aparatının hüquqşünası Adil Eyvazov
“ŞİKAYƏTLƏR ÇOXALIB”

Ombudsman Aparatında bütün qəbula gələnləri hüquqşünas Adil Eyvazov sorğu-sual edir, məsləhət verir. Dediyinə görə, ötən illərlə müqayisədə şikayətə və müraciətə gələnlərin sayı xeyli çoxalıb. Hər həftənin dörd günü qəbula 20-yə yaxın adam gəlir. Müraciət edənlərdən Ombudsman Aparatında işə düzəlmək istəyən də var, hakimlərdən şikayət edən də...

Hüquqşünasın deməsinə görə, bütün müraciətlərə baxılır. Ombudsmanın səlahiyyətinə uyğun məsələlərin həllinə çalışılır. Səlahiyyətinə aid deyilsə, müvafiq qurumlara yönləndirirlər.
XS
SM
MD
LG